Icma.az
close
up
RU
Çempionatın keçilməz qalaları

Çempionatın keçilməz qalaları

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misli Premyer Liqasında VI tur geridə qalıb.

Çempionatda gərginlik artdıqca komandaların müdafiədəki fərqli yanaşmaları statistikada aydın görünür. Hücum xətti xal qazandırsa da, uzunmüddətli marafonda sabitliyin əsasını etibarlı arxa cəbhə təşkil edir. Geridə qalan turların rəqəmləri göstərir ki, liqada həm qapısını toxunulmaz saxlamağı, həm də intizamlı oyun nümayiş etdirməyi bacaran kollektivlər var.

Müdafiədə etibarlılığına görə turnir cədvəlinin zirvəsində “Sabah” təkbaşına qərarlaşıb. Keçirdiyi 5 qarşılaşmada qapısından cəmi 1 qol buraxan Masazır təmsilçisi çempionatın ən çətin keçilən qalasına çevrilib.

“Bayquşlar”ı 5 matçda 4 dəfə məyus olan “Qarabağ” və 6 görüşdə eyni sayda top buraxan “Turan Tovuz” izləyir. Kurban Berdiyevin gəlişindən sonra “canavarlar” keçirdiyi oyun sayına nisbətdə arxa xətdəki intizamı ilə xüsusilə seçilir.

Liqanın ən az qol buraxan komandaları aşağıdakı kimidir:

“Sabah” – 5 oyun / 1 buraxılan qol

“Turan Tovuz” – 6 oyun / 4 buraxılan qol

“Qarabağ” – 5 oyun / 4 buraxılan qol

“Araz-Naxçıvan” – 6 oyun / 5 buraxılan qol

“Şamaxı” – 6 oyun / 6 buraxılan qol

Müdafiə cərgəsinin keyfiyyəti yalnız buraxılan qollarla deyil, həm də komandanın meydandakı intizamı ilə ölçülür. “Fair Play” cədvəlinə göz gəzdirdikdə aydın olur ki, “Kəpəz”, “Neftçi”, “Şamaxı”, “Turan Tovuz” və “Qarabağ” liqanın ən təmiz müdafiə olunan, lazımsız cəzalardan qaçan kollektivləridir.

Xüsusilə “Qarabağ” və “Sabah” həm az qol buraxmaqla, həm də “Fair Play” siyahısının ilk sıralarında yer almaqla arxa cəbhədə nə qədər balanslı və savadlı çıxış etdiklərini sübut edirlər.

Fərdlərə gəldikdə isə, liqada ən çox sarı vərəqə alan futbolçular sırasında Mamadu Kane (“Araz-Naxçıvan”, 4 sarı) liderlik etdiyi halda, İdris İnqilablı, Azər Salahlı, Dioqo Rollo (hamısı “İmişli”), Dioqo Vardeska (“Kəpəz”) və Ruan Renato (“Zirə”) kimi müdafiəçilər 3 sarı vərəqə almaqla ən çox cəzalandırılan oyunçulardır.

Çempionatın gedişatı göstərir ki, arxa xəttini sistemə salan və qayda pozuntularını minimuma endirən kollektivlər mövsümün sonunda hədəflərinə çatmağa daha yaxın olacaqlar.

Ayxan Zayıdzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 25 Sentyabr 2026 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri