Icma.az
close
up
RU
Bu, Cənubi Qafqazda həmin qüvvələrin regiona təsirini əhəmiyyətli dərəcədə azaltdı Kamran Bayramov

Bu, Cənubi Qafqazda həmin qüvvələrin regiona təsirini əhəmiyyətli dərəcədə azaltdı Kamran Bayramov

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bu il avqustun 8-də isə Vaşinqtonda Cənubi Qafqaz üçün dönüş nöqtəsi kimi tarixə düşmüş hadisə baş verdi: Azərbaycan, Ermənistan və ABŞ liderləri Birgə Bəyannamə imzaladılar, sülh sazişinin razılaşdırılmış mətninin paraflanması baş tutdu, eyni zamanda Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlığın bərqərar olunması ilə bağlı Anlaşma Memorandumu bağlanıldı.
Bu razılaşmalar yekun sülh müqaviləsinin imzalanmasına, regionumuzun hərtərəfli inkişafına yol açdı. Azərbaycan üçün bu, qələbənin nəticələrinin təsdiqlənməsi, yeni nəqliyyat yollarının açılması, sərmayə axını və artıq iqtisadi yüksəliş mərkəzinə çevrilən işğaldan azad edilmiş ərazilərin daha da inkişaf etdirilməsi deməkdir. Ermənistan isə uzunsürən təcriddən çıxmaq, beynəlxalq sərmayələri cəlb etmək, hərbi xərcləri azaltmaq, resursları iqtisadiyyatın və sosial sahənin inkişafına yönəltmək imkanını qazandı”.
Ölkə.az xəbər verir ki, bunu deputat Kamran Bayramov bu gün parlamentin növbədənkənar sessiyasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev üçün bu taleyüklü sənədlərin Vaşinqtonda imzalanması sadəcə diplomatik qələbə deyil, onun ən çətin danışıqları aparmaq, minimal güzəştlərlə ölkə üçün maksimum fayda əldə etmək, bir neçə aparıcı qlobal güc mərkəzi ilə eyni vaxtda işgüzar əlaqələr qurmaq bacarığının təsdiqi idi: “Bir tərəfdən  cənab Prezident regional infrastruktur və təhlükəsizlik məsələlərində rəsmi Vaşinqtonun dəstəyini alaraq Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlığı gücləndirdi, digər tərəfdən, bunu regional oyunçularla münasibətləri pozmadan bacardı, halbuki, Vaşinqton razılaşmaları Cənubi Qafqazda həmin qüvvələrin regiona təsirini əhəmiyyətli dərəcədə azaltdı.
Dövlətimizin başçısı münaqişəni inkişaf vasitəsinə çevirə bildi. İlham Əliyev münaqişənin regionun inkişafını ləngitməsinə imkan vermək əvəzinə, onu konkret iqtisadi və infrastruktur layihələri müstəvisinə keçirdi, Cənubi Qafqazın davamlı təhlükəsizlik arxitekturasının formalaşmasını təmin etdi, regionumuzun sabitliyinə təhlükə yaradan amilləri aradan qaldırdı.
Beləliklə, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan qısa müddət ərzində “dondurulmuş münaqişə” vəziyyətindən ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına, regionda sülhün tam bərqərar olunmasına qədər möhtəşəm bir yol keçdi. Bu da, həm döyüş meydanında, həm də diplomatik arenada uğur qazanmağı bacaran İlham Əliyevin növbəti inamlı qələbəsidir. Məhz dövlətimizin başçısının qətiyyətli mövqeyi sayəsində bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan Cənubi Qafqaza beynəlxalq hüququn gücünə əsaslanan ədalətli və davamlı sülh gətirdi”.
Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri