Icma.az
close
up
RU
Bu çərəzin qiyməti kəskin BAHALAŞDI

Bu çərəzin qiyməti kəskin BAHALAŞDI

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İranda müharibə fıstıq qiymətlərinin son illərdə ən yüksək artımına səbəb olub. 

Milli.Az "Financial Times"-ə istinadən xəbər verir ki, mart ayında fıstığın qiyməti 500 qram üçün təxminən 4,57 dollara yüksəlib ki, bu da 2018-ci ildən bəri ən yüksək göstəricidir. 

Dünya fıstıq istehsalının 1/5 İranın payına düşür, bəzi illərdə isə ölkə qlobal ixracın 25-30%-ni təmin edib.

Qeyd edilib ki, ABŞ-İsrail-İran münaqişəsi Yaxın Şərqdə logistikanı pozaraq məhsul satışını çətinləşdirib. Dünyada fıstığa tələbat 2023-cü ildə internetdə viral olan fıstıq kremi ilə doldurulmuş "Dubay şokoladı" trendləri ilə də daha da artıb. 

ABŞ, Türkiyə və İranda 2025-ci il bu məhsulun istehsalı proqnozlaşdırılandan az olub. İrana qarşı sanksiyalar, dəniz blokadası ixracı çətinləşdirib, internet və kommunikasiya problemləri isə satış koordinasiyasını daha da ləngidib. Bəzi İran təchizatçıları ilə əlaqə qurmaq çətindir, çünki internet kəsilib, e-poçtlara cavab verə bilmirlər. Yaxın Şərq və Hindistana fıstıq tədarükündə ciddi fasilələr yaranıb.

Yaxın Şərq həm əsas istehlakçı, həm də tranzit mərkəz kimi bu ticarətdə mühüm rol oynayır. İran məhsulu tez-tez Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə vasitəsilə dünya bazarına çıxarılır.

Münaqişə davam etdikcə İran fıstığının qlobal bazarlara nə qədər çıxacağı ilə bağlı qeyri-müəyyənlik artır. Yayda dondurma istehsalı üçün də fıstığa tələbat artır. Bu da münaqişə davam edəcəyi halda dünya bazarında fıstığın daha da bahalaşacağını qacılmaz edəcək./Apa

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 26 Aprel 2026 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see387

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see259

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see258

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see251

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see250

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see249

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see247

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see244

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see243

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see242

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see232

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see225

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see223

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see222

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see222

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see222

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see222

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see221

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see220

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri