Icma.az
close
up
RU
Bu cür komandalara qarşı oynamaq millimiz üçün həmişə çətin olur

Bu cür komandalara qarşı oynamaq millimiz üçün həmişə çətin olur

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

“Qarabağ”ı Çempionlar Liqasında Liqa mərhələsinə yüksəlməsinə görə təbrik edirəm. Azərbaycanı ikinci dəfə bu mötəbər turnirdə təmsil edəcəklər. Çempionlar Liqasında zəif rəqib olmur. Məncə, “Çelsi” istisna olmaqla evdə qarşılaşacaqları rəqiblər nisbətən münasibdir”.

Bu sözləri QOL.az-a açıqlamasında futbol mütəxəssisi Yunis Hüseynov deyib.

“Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqibləri haqda danışan Hüseynov qeyd edib ki, “Ayaks” (Niderland), “Kopenhagen” (Danimarka) və “Ayntraxt”la (Almaniya) görüşlərdə nəticə əldə etmək olar:

“Qarabağ” “Ayaks”la bir dəfə oynayıb. Çox yaxşı çıxış etmişdilər. Qırmızı vərəqə almasaydılar, qalib də gələ bilərdilər. “Ayntraxt”ı da tanıyırıq, “Kopenhagen”i də. Məncə, evdə bu komandalara qarşı oynamaq mümkündür. Həm də “Qarabağ” onları tanıyır. O ki qaldı səfər matçlarına, bu oyunlar daha çətin olacaq. Həm səfərdə olduğuna görə, həm də digərlərindən güclüdürlər. Söhbət “Liverpul”, “Napoli”, “Atletik” və “Benfika” kimi klublardan gedir. Amma inanıram ki, “Qarabağ” hər bir oyuna yaxşı motivasiya ilə çıxacaq və azarkeşləri sevindirəcək. Azərkeşlərdən söz düşmüşkən, “Qarabağ”ın bu sarıdan problemi yoxdur. Bakıdakı hər görüşdə stadion dolur. Bütün Azərbaycan “Qarabağ”ı dəstəkləyir. Komanda həmişə bu azarkeşlər qarşısında yaxşı oyun göstərir. Düşünürəm ki, Bakıdakı oyunlarda “Qarabağ” yaxşı nəticələr əldə edə bilər”. 

Yunis Hüseynov

Y.Hüseynov “Qarabağ”ın turnirdə xallar yığa biləcəyinə inanır: “Məncə, 5-6 və daha çox xal yığa bilərlər. Çünki Çempionlar Liqasında oynamaq hər bir futbolçunun arzusudur. “Qarabağ”ın futbolçuları da o hissi yaşayırlar və özlərini ən yaxşı tərəfdən göstərəcəklər. Məncə, o istəklə qələbələr qazanmaq olar”. 

Y.Hüseynov “Qarabağ”ın yeni hücumçu transferini həyata keçirə bilməməsinə də toxunub: “Qurban müəllim özü də düşünür ki, bir hücumçu ala bilsələr, daha yaxşı olardı. Hər halda klub da buna çalışırdı. Amma mənə elə gəlir ki, Nəriman Axundzadə son oyunlarda özünü yaxşı tərəfdən göstərir. Bu heyətlə Liqa mərhələsinə düşüblərsə, deməli bundan sonra da nəsə əldə etmək olar”. 

Azərbaycan millisinin keçmiş hücumçusu yığmamızın DÇ-2026-nın seçmə mərhələsində sentybarın 5-də səfərdə İslandiya və sentyabrın 9-da Bakıda Ukrayna ilə keçiriləcək oyunları haqda da danışıb: “Hər iki görüş çətin olacaq. Əsas da Ukrayna ilə oyun. İslandiya həmişə güc futboluna üstünlük verir, biz isə topla oyuna. Həmişə bu cür ikinci mərtəbədən oynayan komandalara qarşı çıxış etmək bizim üçün çətin olur. Yəni indiyə qədər belə komandalara qarşı oyunlarda yaxşı nəticələr əldə etməmişik. İkinci mərtəbədə oynamaqla bağlı axsamalarımız var. İslandiya da güc futbolu oynayacaq. Buna baxmayaraq, seçmə mərhələnin ilk oyunudur və məncə, futbolçularımız millidə oynadıqları üçün qürur hissi keçirirlər. Yeni futbolçular da var. Onlar da var güclərini ortaya qoyacaqlar. Bu halda nəticə əldə etmək olar. Amma qeyd edim ki, çox çətin oyunlardır”.

Ramiq Ağaməmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://qol.az
archiveBu xəbər 03 Sentyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri