Icma.az
close
up
RU
“Bu da əsasən gənclərdə din haqqında ya mənfi təsəvvür ya da...”

“Bu da əsasən gənclərdə din haqqında ya mənfi təsəvvür ya da...”

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Doğrudur, İslam dininin mahiyyəti məzhəbçiliyin, firqələrə parçalanmanın əleyhinədir. Ancaq tarixi proseslər və müəyyən səbəblər dinin çoxsaylı məzhəb, təriqət və cərəyanlara bölünməsinə gətirib çıxarıb. Bu tendensiya ölkəmizdən də yan keçməyib. Nəticədə inanclı əhali bir neçə məzhəb üzərindən dinə etiqad edir. Vaxtilə Hənbəli, Şafii, Zeydi fiqhi məzhəblərinə, Mötəzilə, Əşəri, Maturudi etiqadi məzhəbinə, Səfəviyyə, Xəlvətiyyə, Hürufilik, Nəqşbəndilik sufi təriqətlərinə bağlı olanlar olsa da zamanla əriyib getmiş yalnız şimal bölgəsində Şafiilik və əsasən aparıcı məzhəblər olaraq ölkəmizdə Hənəfi sünniliyi və Cəfəri şiəliyi qalmışdır ki, Şafiilər etiqadda Əşəri, Hənəfilər Maturudi, Cəfərilər isə İsnaəşəridir. Qismən də Nəqşbəndilər mövcuddur”. 

Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib. 

Onun sözlərinə görə, müasir dövrümüzdə peyda olan vəhhabizmin Sələfi qolunun isə ölkəmizdə heç bir təməli, özəyi yoxdur: 

“Çünki bu cərəyan çox sonralar yaradılmışdır.  Hazırda ölkədə mötədil və ənənəvi şiəliyi siyasi İran şiəliyi kimi tanınan şüubiyyə rafiziliyinin əvəzləməsi, ənənəvi sünniliyi də özlərini Sələfilər kimi təqdim etməyə cəhd edən vəhhabiliyin əvəzləməsi təhlükəli nəticələr verə bilər. Ənənəvi və mötədil şiəlik, eyni sünniliklə uzlaşır, dil tapır, hardasa vəhdətə gəlir. Lakin vəhhabizm ilə rafizizm tam əks qütblərdə dayanaraq barışmaz düşmən mövqelərdə yer alırlar. Siyasi və radikal şiəlik ekstremist vəhhabizmlə üzləşərək əslində bir - birini inkişaf etdirirlər. Rəqabət zəmini yaradıb bir - birinə pas ötürürlər. Siyasi fars şiəliyi ilə (rafizizm) radikal ərəb vəhhabizmi üz - üzə gələndə ötən qərinəmizdəki İraq və Suriya nümunəsi yaranır. İŞİD radikal ərəb vəhhabizminin etiqad əsasları ilə, irançı İraq milisləri və Suriyadakı keçmiş Əsəd rejiminin "Şəbbiha" adlanan gizli xidmət qurumu siyasi şiəliyin, rafizizmin fərqli görkəmdəki təqdimatı ilə üz-üzə gələrək Yaxın Şərqi elə qan gölünə döndərdi ki, 60 - dan artıq dövlət birləşib iyirmi ilə yaxın vaxt, milyardlarla pul, on minlərlə əsgər qanı sərf etdi ki, bəlanı aradan qaldırsınlar”. 

O, bildirib ki, ənənəvi sünnilik və ənənəvi şiəlik xurafatlarla zəngin olsa da radikalizmə, siyasətə meylli deyil: 

“Özlərini "Əhli Beyt aşiqi" adlandıran siyasi şiəlik nümayəndələri və özlərini "Əhli sünnə vəl cəmaət" elan edən vəhabilik mənsubları müasir texnologiyalardan, sosail şəbəkə imkanlarından geniş istifadə edərək ölkədə dini mühiti ixtilaflı görkəmə, əcaib şəklə salırlar. Bütün müzakirə və çıxışlar, mövzular demək olar ki, bir - birinə qarşı yönəlir. Sanki bir - birini sıradan çıxarmağa çalışırlar, lakin nəticədə bir - birini inkişaf etdirir, cəmiyyətin dinə maraqlı olan hissəsinin diqqətini həmin mövzulara çəkə bilirlər. Bu da əsasən gənclərdə din haqqında ya mənfi təsəvvür ya da ikisindən birinə meyl yaradır. Orijinal və mötədil İslama qayıdışı ənənəvi şiəlik və ənənəvi sünnilik üzərindən təmin etmək daha asandır. Lakin vəhhabizm və rafizizm üzərindən əsla mümkün deyil”.

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://adalet.az
archiveBu xəbər 09 Yanvar 2026 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri