Icma.az
close
up
RU
Prezidentin tapşırığına əsasən...

Prezidentin tapşırığına əsasən...

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində regional müşavirələrə başlanılır

İyunun 12-dən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində regional görüşlərə başlanılır. Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edəcək müşavirələrdə aidiyyəti dövlət qurumlarının rəhbərləri, səlahiyyətli nümayəndələr, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, fermerlər, sahibkarlar və digər maraqlı tərəflər iştirak edəcəklər.

Regional müşavirələr çərçivəsində Dövlət Proqramının əsas məqsəd və prioritetləri, aqrar sahədə nəzərdə tutulan yeni dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar emal və logistika infrastrukturunun inkişafı, eləcə də fermerlərin müasir aqrar xidmətlərə çıxışının genişləndirilməsi, bu istiqamətdə dövlət dəstəyi və digər məsələlər müzakirə olunacaq. Görüşlər Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il 25 may tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlarda əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə sistemli şəkildə təşkil edilir. Dövlət Proqramının icrası ilə bağlı regional müşavirələrin ölkənin digər iqtisadi rayonlarında da mərhələli şəkildə keçirilməsi nəzərdə tutulur.

2025-ci ildə aqrar istehsal 14 milyard manatı ötüb

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 14 milyard 189,5 milyon manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 0,9 faiz çoxdur. Ötən il ölkədə bitkiçilik məhsullarının dəyəri 6 milyard 748,5 milyon manatla əvvəlki ilə nisbətən 1,5 faiz, heyvandarlıq məhsullarının dəyəri isə 7 milyard 441 milyon manat və ya 0,3 faiz artıb. Ötən il taxıl istehsalının həcmi 3,3 milyon ton, tərəvəz məhsulları 1,8 milyon ton, meyvə və giləmeyvə 1,4 milyon ton, kartof 924 min ton, bostan məhsulları 459 min ton, pambıq 363 min ton, şəkər çuğunduru 328,5 min ton, üzüm 210 min ton, günəbaxan 31,8 min ton, tütün 4 min ton, çay 1,2 min ton təşkil edib. Habelə 2025-ci ildə ölkədə diri çəkidə 659,2 min ton ət, 2 milyon 305,9 min ton süd, 2 milyon 342,9 milyon ədəd yumurta, 14,6 min ton yun və 186,6 ton barama istehsal olunub. Əvvəlki illə müqayisədə yumurta istehsalı 1,8 faiz, süd istehsalı 0,3 faiz artıb, ət istehsalı sabit qalıb, yun istehsalı isə 1,3 faiz azalıb.

2025-ci ildə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 3,6 milyard dolları təşkil edib ki, ixrac portfelində yeyinti məhsulları üzrə ixrac 1,2 milyard dollara bərabər olub. İxrac olunan şəkər əvvəlki ilin müvafiq dövrünə nəzərən 57,4 faiz, meyvə-tərəvəz 27,4 faiz, pambıq iplik 19,3 faiz, bitki və heyvan mənşəli piylər və yağlar 2 faiz artıb. Ötən il aqrar məhsullar üzrə ixrac ümumilikdə 26,7 faiz artaraq 1 milyard dollar təşkil edib. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 1,3 milyard dollara bərabər olub.

2026-cı ilin beş ayı ərzində isə 4 milyard manata yaxın kənd təsərrüfatı məhsulu istehsal edilib ki, artım dinamikası 2 faiz təşkil edib.

Ərzaq məhsulları ilə özünü təminetmənin yaxşılaşdırılması

Sözsüz ki, aqrar sahədə inkişaf yerli ərzaq malları ilə təminatın yaxşılaşmasında əsas rol oynayır. Hazırda ölkəmizdə qida məhsulları ilə özünü təminetmə əmsalı bəzi məhsullar üzrə tam tələbatı ödəyir, bəziləri üzrə 70-80 faiz nisbətindədir, bəziləri üzrə isə 60 faizdən aşağıdır. Məhz bu nöqteyi-nəzərdən həmin əsas qida mallarının istehsal zəncirinin qurulması üçün davamlı tədbirlərə ehtiyac var.  Daxili tələbatı ödəmək üçün istehsal sahələri genişləndiriləcək. Bitki yağları istehsalının artırılması üçün bitkiçilik sahəsinin dəstəklənməsi, investisiyaların cəlb edilməsi üçün təşviq mexanizminin tətbiq edilməsi planlaşdırılır. Eyni zamanda azı 2 bitki yağı emalı zavodunun yaradılması hədəflənir. Bundan başqa, digər emal və istehsal müəssisələrinin yaradılması nəzərdə tutulur. Habelə yeni aqroparklar, heyvandarlıq və fermer təsərrüfatları yaradılacaq. Bundan başqa, iplik və parça istehsalının təşviq edilməsi üçün güzəştli kreditlərin ayrılması, ipək və xalçaçılıq üzrə emal sahələrinin institusional təkmilləşdirilməsi, pambıq mahlıcı və ipliyi üçün məhsul subsidiyasının tətbiq edilməsi nəzərdə tutulub. Eyni zamanda azı 2 yeni iplik və ya parça emalı müəssisəsinin dəstəklənməsi, pambıq mahlıcının iplik istehsalına yönəldilən hissəsinin, eləcə də ipliyin parça istehsalına yönəldilən hissəsinin artırılması planlaşdırılır.

Su və torpaq resurslarından səmərəli istifadə də aqrar sahənin inkişafında mühüm amillərdən biridir. Su itkisinin qarşısının alınması məqsədilə müasir suvarma sistemlərinin (yağışdırma və damlama) tətbiqinin genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə yeni su anbarlarının və infrastrukturun qurulması bu istiqamətdə görüləcək işlərdən biri kimi qarşıda durur. Torpaqlardan səmərəli istifadə aqrar inkişafın ən vacib elementlərindən biridir. Yeni ssenarilərə əsasən, məhsuldarlığı maksimum artırmaq və torpaqların dəqiq analizi aparılacaq ki, məqsəd hansı ərazidə hansı torpaq sahəsində hansı məhsulun yetişdirilməsinin daha məqsədəuyğun olmasını müəyyənləşdirməkdir.

Kənd təsərrüfatı texnikası ilə təminat, gübrə istehsalının artırılması da ən zəruri faktorlardan sayılır. Xüsusilə də, son aylarda dünyada gübrə tədarüklərində yaranan böhranlar Azərbaycanın bu sahəyə diqqətini daha da artırıb. Ölkəmizdə fəaliyyət göstərən Karbamid zavodu yerli tələbatı ödəyir, hətta bir çox ölkənin azot gübrələri ilə təminatında rol oynayır. Ancaq bu, cəmi bir növ gübrədir və aqrar sahədə bir çox növ gübrələr tələb olunur. Bu baxımdan gübrə istehsalı çeşidinin artırıması və qarşıqı gübrə istehsalı kompleksinin yaradılması üçün xarici şirkətlərlə müzakirələr aparılır. Həmçinin dayanqılı su təchizatının təmin edilməsi, subsidiya və güzəştli maliyyələşmə mexanizminin təkmilləşdirilməsi də əsas prinsiplər sırasındadır.

Rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması

Rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının emalı sənayesinin genişləndirilməsi və istehsalın dəyər zəncirinin həlqələri üzrə artırılması məqsədilə istehsalçıların müvafiq resurslara, o cümlədən əlverişli maliyyə resurslarına asan çıxışının təmin edilməsi, bazar infrastrukturunun və aqrar biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində işlərin sürətləndirilməsi də müasir çağırışlardan biridir. Bundan başqa, intensiv bağçılığın genişləndirilməsi, o cümlədən azad edilmiş torpaqlarda salınan meyvə bağlarının sahəsinin artırılması, bölgələrdə yeni meyvə təsərrüfatlarının, istixana komplekslərinin yaradılması əsas prioritetlərdəndir.

Aqrar sahədə inkişafın əsas mənbəyi məhsuldarlıq, texnologiya və innovasiya əsaslı intensiv inkişaf sxeminə əsaslanır. Bu məqsədlə kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrində resurslardan səmərəli istifadəyə əsaslanan müasir və iqlimə davamlı istehsal modelinin formalaşdırılması, aqrar-emal və logistika infrastrukturunun inkişaf etdirilməsi, eləcə də ərzaq təhlükəsizliyinin və ixrac potensialının gücləndirilməsi istiqamətində kompleks və əlaqələndirilmiş dövlət siyasətinin davam etdirilməsi nəzərdə tutulur.

Azad ərazilərdə kənd təsərrüfatının inkişafı

Uzun illər Ermənistanın işğalı nəticəsində kənd təsərrüfatına yararlı 600 min hektara yaxın torpaq sahəsi ölkəmizin aqrar inkişafından kənarda qalıb. Belə ki, 231 min hektar əkin, 352 min hektara yaxın örüş-otlaq və biçənək sahəsinin illər boyu istifadə edilməməsi sayəsində min tonlarla taxıl, pambıq, kartof, üzüm, tütün, tərəvəz məhsulları kənd təsərrüfatını ümumi balansına ciddi təsir edib. İşğaldan əvvəl Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədərini həmin ərazilərdə istehsal olunan məhsullar təmin edirdi.

Göründüyü kimi, işğaldan azad olunan ərazilərin kənd təsərrüfatının inkişafı baxımından potensialı çox genişdir. Bu potensialdan səmərəli istifadəyə nail olunması üçün müvafiq tədbirlərin görülməsi olduqca zəruridir və azad ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı ilə də bağlı dövlət başçısı tərəfindən hökumət üvlərinə tapşırıqlar verilib. Həmin tapşırığa əsasən, ərazilərin minalardan təmizlənməsi ilə yanaşı, torpaqların bərpa edilməsi və təsərrüfatların istifadəsinə verilməsi üçün müvafiq işlər görülməkdədir. Həm əkinçilik, həm də heyvandarlığın intensiv amillər hesabına inkişafı imkanları nəzərdən keçirilir. İşğaldan azad edilmiş rayonlarda kənd təsərrüfatının inkişaf perspektivləri olduqca güclüdür və bu potensialdan səmərəli istifadə ölkəmizdə aqrar sahədə istehsal həcmini ən azı 30-40 faiz yüksəldə bilər.

Ümumilikdə, aqrar sahənin inkişafına dair Dövlət Proqramı 2026-2030-cu illərdə aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsini, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur. Dövlət Proqramında çoxistiqamətli tədbirlər planının icrası üçün fermerlərlə dövlət qurumları, aqrar elm müəssisələri, təcrübəli mütəxəssislər, bank və kredit təşkilatları, biznes asossisiayaları ilə daha çıx koordinasiyanın qurulmasına ehtiyac vardır. Bu baxımdan, Dövlət Proqramı çərçivəsində keçirilən görüşlər qarşıda duran tədbirlərin, atılacaq addımların icrasında, dövlət-özəl sektor əməkdaşlığının güclənməsində, fremerlər və sahibkarların milli istehsalın böyüməsi üçün mühüm prioritetlərə çatmaqda fəaliyyətinin təşviq olunmasında mühüm rol oynayacaq.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 İyun 2026 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakteriyanın ən sürətlə çoxaldığı yemək bəlli oldu: Nə toyuq, nə də yumurta

06 Avqust 2026 04:04see529

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see499

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see404

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see330

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see326

Azər Türk Bankda ciddi geriləmə: 2 dəfədən çox azalma

06 Avqust 2026 10:51see244

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see241

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see234

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see218

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see214

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see206

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see195

Min manatlıq MİDA istiqrazlarını niyə almalıyıq?

06 Avqust 2026 13:42see195

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see189

Bəniz ləqəbli tiktoker 10 il 3 ay müddətinə HƏBS EDİLDİ

06 Avqust 2026 18:43see184

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see184

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see181

YouTube qaydaları sərtləşdirdi

06 Avqust 2026 03:26see180

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see168

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri