Bu dairəyə svetofor quraşdırıldı: Bundan sonra CƏRİMƏ YAZILMAYACAQ VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Bakıda sürücülərin təhlükəsizliyini təmin etmək və yol hərəkətini daha səmərəli təşkil etmək məqsədilə paytaxtın Nəriman Nərimanov prospekti ilə Qurban Xəlilov küçəsinin kəsişməsindəki dairədə yeni svetofor obyekti quraşdırılıb. Bu dəyişiklik, həm nəqliyyatın intensiv hərəkət etdiyi, həm də mütəmadi qayda pozuntularının müşahidə olunduğu ərazidə sürücülərin daha təhlükəsiz və nizamlı şəkildə hərəkətini təmin etməyə yönəlib.
Avtosfer.az-ın verdiyi məlumata görə, N.Nərimanov prospektilə hərəkət edən nəqliyyat vasitələri baş yol hüququna malik olduğu üçün Q.Xəlilov küçəsindən dairəyə daxil olmaq istəyən sürücülər dayanıb yol verməli olurlar. Lakin prospektdə hərəkətin intensiv olması səbəbindən Q.Xəlilov küçəsindən dairəyə qaydalara uyğun şəkildə daxil olmaq bir çox hallarda çətin və hətta mümkünsüz olurdu. Bu isə bəzi hallarda sürücüləri qaydaları pozmağa vadar edirdi. Nəticədə yol polisi əməkdaşları həmin sürücüləri məsuliyyətə cəlb edirdi.
Bu problemin həlli üçün aidiyyəti qurumlar tərəfindən ərazidə svetofor quraşdırılması qərara alınıb. Yeni quraşdırılmış svetofor obyekti Nərimanov prospekti ilə Qurban Xəlilov küçəsinin kəsişməsindəki dairənin iki əsas istiqamətində nəqliyyatın axınını nizamlamağa imkan yaradacaq.
Hazırda quraşdırma işləri başa çatıb və yaxın günlərdə svetoforun işə salınması planlaşdırılır.
Fidan
Baxış sayı:126
Bu xəbər 17 Yanvar 2025 19:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















