Bu danışıqlar yalnız İran rejiminin vaxt qazanması deməkdir ŞƏRH
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
İran bu cür davam etsə Qərbin, xüsusən də ABŞ-ın onu rahat buraxması da mümkün deyil
ABŞ-ın mümkün hücumunu gözləyən İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Prezident Donald Trampın nüvə silahına sahib olunmaması ilə bağlı mövqeyi ilə tam razıdırlar. O qeyd edib ki, İran nüvə proqramının yalnız dinc məqsəd daşıdığını təmin etmək üçün danışıqlara hazırdır və bunun qarşılığında sanksiyaların ləğvini gözləyir. Əraqçi müharibənin qaçılmaz olmadığını, lakin yanlış hesablamalar və dezinformasiyanın ciddi risk yaratdığını vurğulayıb. O, ABŞ ilə etimad probleminin mövcud olduğunu desə də, ədalətli və nüvə silahını istisna edən razılaşma üçün diplomatik imkanların hələ də olduğunu bildirib.
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan “Sherg.az”a açıqlamasında bildirib ki, ABŞ-ın İrandan əsas üç tələbi var. Nüvənin zənginləşdirilməsindən imtina etmək, proksi qüvvələrə yardımı kəsmək və uzaqmənzilli raketlərin istehsalını dayandırmaq. ABŞ-ın əslində bu mövzuda İranla dəfələrlə danışıq apardığını xatırladan siyasi şərhçi bildirib ki, İran dolayı yolla yenidən nüvə ilə bağlı proqramına davam edib, proksilərə dəstək verib:

“Hazırki gərgin durumu nəzərə alaraq demək olar ki, İran vaxt qazanmaq üçün yenidən yumşaq açıqlamalar verir. Lakin sözü gedən üç məsələnin heç birinizdən tam imtina etmək fikrində deyil. Dinc məqsədlərlə zənginləşdirilən uranın az sonra nadinc məqsədlərlə istifadəyə yönəldilməsi mümkündür. Məhz bu səbəbdən də ABŞ və ümumiyyətlə beynəlxalq təşkilatlar İranın indiki rejiminin əlindən bu istehsalın çıxmasını istəyir. Şübhəsiz ki, burada İran rejiminin etirazçıları qırması da vəziyyəti gərginləşdirib danışıqlara mane olur. Şübhəsiz ki, hücum və müharibə də ola bilsin hər şeyi ABŞ-ın arzu etdiyi kimi etməsin. Lakin danışıqların da nəticə verəcəyinə ümid azdır. Vaxtilə İraq və Livayaya qarşı da Qərbin eyni təziqləri fonunda həmin ölkələr nüvə istehsalından imtina etmişdi. Lakin bir müddət sonra o ölkələrə qarşı sanksiyalar qaldırılsa da hərbi müdafiə edilərək hakimiyyət devrilmişdi. İran gözü çıxan qardaşdan ibrət götürüb nüvə proqramından imtina etmək istəmir. Lakin bu da vəziyyəti daha da gərginləşdirir və müharibə həddinə çatdırır. İran bu cür davam etsə Qərbin, xüsusən də ABŞ-ın onu rahat buraxması da mümkün deyil. Çünki beynəlxalq təşkilatların məlumatına görə İran artıq kifayət qədər uranı zənginləşdirib. Xüsusən İsrail bununla bağlı Qərbi narahat edir və özünün təhlükəsizlik məsələsini gündəmə gətirir”.
T. İrfan qeyd edib ki, sözü gedən tələblərə İranın tabe olması zəminində və islahatlar aparıldığı təqdirdə müharibə vəziyyəti aradan qalxa bilər:
“ Amma İranın da buna getməsi mümkünsüz görünür. Xarici işlər nazirinin açıqlamaları hələlik vəziyyəti yumşaltmaq xarakteri daşıyır. Lakin mühafizəkar dairələr və əsas da ali dini liderin ABŞ-ın şərtlərini qəbul edəcəyi çətin görünür. Bu danışıqlar yalnız İran rejiminin vaxt qazanması deməkdir ki, müxtəlif addımlar atsın. Daxili narazılıqlar və kütləvi etirazlar, habelə bu etirazlarda kütləvi insan tələfatı, eyni zamanda rejimin meydan oxuması danışıqların müsbət nəticə verməsini şübhə altına salır. Əsasən Türkiyə çalışır ki, müharibə ritorikası masadan qaldırılsın. Təbii ki, İranın da müəyyən məsələlərdə güzəştə getməsi vacibdir ki, danışıqların nəticəsi olsun. Həmçinin ABŞ-ın İsrailin təkidi ilə müharibəyə daha çox can atması mənfi nəticələr doğura bilər. Hər halda tərəflər vasitəçilərlə bu məsələdə yekun danışıqlar həyata keçirməlidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 02 Fevral 2026 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















