“Bu dəhliz vasitəsilə illik 5 milyon tondan artıq yük daşınacaq”
Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Bu dəhliz vasitəsilə 3 ildən sonra illik olaraq 5 milyon tondan artıq yük daşınacaq”
“Azərbaycan qonşu ölkələrlə əməkdaşlığın gücləndirilməsində maraqlıdır və Şimal-Cənub Nəqliyyat Dəhlizinin genişlənməsi də əsas prioritetlərdən biridir. Biz bu istiqamətdə mütəmadi olaraq məsləhətləşmələr və görüşlərin keçirilməsini müşahidə edirik”.
Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov söyləyib.
Deputat diqqətə çatdırıb ki, Azərbaycan Rusiya və İranla iqtisadi, eləcə də infrastruktur və nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir: “Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə daşınan yüklərin həcmində artımların olacağı proqnozlaşdırılır və artıq belə bir artımlar da var. Bu nəqliyyat dəhlizi vasitəsilə daşınan yüklərin həcmi artırılıb. Xüsusən də Rusiyadan başlayaraq Azərbaycan İran vasitəsilə daha çox yüklərin daşınmasına imkan yaradacaq”.
V.Bayramovun bildirdiyinə görə, artıq rəsmi statistika göstərir ki, bütövlükdə Şimal-Cənub Nəqliyyat Dəhlizi üzərindən daşınan yüklərin həcmində 9 faizə yaxın artım olub: “Eyni zamanda, gözlənti ondan ibarətdir ki, bu dəhliz vasitəsilə 3 ildən sonra illik olaraq 5 milyon tondan artıq yük daşınacaq. Bu da ondan xəbər verir ki, məhz İran və Rusiya ilə infrastrukturun genişləndirilməsi istiqamətində aparılan əməkdaşlıq nəticə etibarı ilə region üzərindən daha çox yüklərin daşınmasına və təbii ki, region ölkələrinin beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə etməsinə imkan yaradacaq”. Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 13 Oktyabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















