Şimal Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə Azərbaycandan ildə 5 milyon ton yük daşınacaq
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2028-ci ildən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə Azərbaycandan ildə azı 5 milyon ton yük daşınacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə çıxışı zamanı deyib.
O xatırladıb ki, 2024-cü ilin dekabr ayında Azərbaycanla Rusiya arasında Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə tranzit yükdaşımaların inkişafı sahəsində əməkdaşlıq haqqında Saziş bağlanılıb:
"Sazişə əsasən, müvafiq dəmir yolu infrastrukturunun modernləşdirilməsindən sonra Azərbaycan ərazisindən hər il daşınmalı olan yüklərin təmin edilmiş həcmi 2028-ci il yanvarın 1-dən etibarən ildə azı 5 milyon ton müəyyən edilmişdir. Bu həcm, Tərəflərin müvafiq qərarı qəbul edildikdən sonra isə azı 15 milyon ton təşkil edəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 13 Oktyabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















