Icma.az
close
up
RU
“Bu dəqiqə heç nə söz verməyəcəm” Samir Abasov

“Bu dəqiqə heç nə söz verməyəcəm” Samir Abasov

Icma.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulub. Səfərdə “Sumqayıt”ın qonağı olan “Neftçi” 2:0 hesablı məğlubiyyətə uğradıb.

İdmanxeber.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:

“Futbolçularıma yaxşı oyuna görə həddindən artıq təşəkkür edirəm. Bundan əvvəl “Sabah”, “Turan Tovuz”a qarşı da yaxşı oynamışdıq. Onun üstünə qoyaraq, meydanda udmaq istəyən komanda gördük. Bu da səbəbsiz deyil. Özünüz bilirsiz ki, “Neftçi” hansı kalibrda olan komandadır. Böyük komandadır. Heç-heçə belə, bu komanda üçün uğursuz sayılır. Nə qədər izah etsən də ki, yeni komandayıq. Reallıq budur. Məndən əvvəl də belə olub, mənim dövrümdə də belə olacaq, bundan sonra da belə olacaq. Qaçılmazdır. Reallıq komandanın göstərdiyi oyundur. Birinci gündən nəticələr gözləntiləri vermirdi…Çempionlar Liqasında “Qalatasaray” 1:5 “Ayntraxt”a uduzdu. Maraqlı gəldi ki, baş məşqçi nələr deyəcək? Okan Buruk nəyin üzərində dayandı? Baş məşqçi mətbuat konfransında nələrsə danışırsa, dərhal reaksiya vermək, yazmaq normaldır. Amma siz bizim yanımızda deyilsiz, prosesləri bilməyə bilərsiz. Qısası sizlik deyil də. Bizimlə deyilsiz. Hərdən çox şeyi demirik. Okan Buruk vurğuladığı məsələlərdən biri o idi ki, oyuna 4 futbolçu ilə çıxmışdıq. İlkay Gündoğan top səviyyədə oyunçudur. Biz də yeni komandayıq. Bilirik ki, kimlərsə nəsə deyəcək. Xal itirirsən, təzyiq gəlir. Səni istəməyənlər, “Neftçi”ni istəməyənlər…Hamıdan təzyiq gəlir. Futbolçular da bunu görür. Amma onları bu durumdan çıxarmaq, qələbəyə kökləmək tək mənim işim deyil. Bunun arxasında duran rəhbərliyimizdir. Onlar mənim arxamdadır, bu vaxta qədər görmədiyim bir şeydir. Qalibiyyət üçün nə lazımdırsa….Hətta artığını edirlər. Bizi ayaqda saxlayan, bu cür oynamağa təkan verən rəhbərliyimizdir. Şəxsən mən və komandamın adından rəhbərliyə həsr edirəm. Var olsunlar. Yeni qələbələr üçün təkan olar”.

– Əvəzetmələr həlledici oldu. Öncədən planlaşdırılmış əvəzetmələr idi, yoxsa gedişatda verilən qərarlar oldu?

– Hansısa məşqçi deyirsə ki, bu futbolçunu öncədən düşünərək meydana buraxdım, yalandır. Hardan bilək ki, o qol vuracaq? Sadəcə görürsən kimsə oyundan düşür, meydana buraxırsan. Onun qol vuracağını bilmirdim.

– Ağadadaş Salyanskini növbəti matçlarda da şans ala bilər?

– Hamısı şans alacaq. Uzun müddət oynamayanlar da oynayacaq.

– Bəzən deyirlər ki, belə komandalara bir qalibiyyət çox kömək edir. Növbəti oyunlarda bu qələbənin nə dərəcədə əhəmiyyəti olacaq?

– Dəhşətli dərəcədə əhəmiyyətlidir. Bu gün biz o qədər xoşbəxtik ki, sanki çiynimizdən yük atmış olduq. Buna çox ehtiyacımız var idi. Qol vurmurduq, alınmırdı, son nöqtədə paslar alınmırdı. Penalti epizoduna da qayıtmaq lazımdır. Orada penalti gördük. Heç-heçə də ola bilərdi. Dəfələrlə dediyim bir şey var. Biz rəqibə epizod vermirik. Neçə oyundur ki, belədir. Keçən ilki vəziyyəti müqayisə edirsən, hər epizodda qapına qol vurulurdu… Futbolçular bunu düzəldə biliblər. Yeni oyunçularla, daha kollektiv şəkildə oynayırıq, ürəklərini meydanda qoyurlar. Bu da nəticəsidir. Bunların sonunda hamısını nəticəyə çevirsək, həqiqətən yaxşı komandayıq.

– Okan Buruk 1:5 uduzduqdan sonra söz verdi ki, ən azından pley-offa düşəcəyik. Siz bu qələbədən sonra azarkeşlərə nə söz verirsiz?

– Bu dəqiqə heç nə söz verməyəcəm. Biz hər oyuna qələbə üçün çıxacağıq. Sözüm bu olacaq.

– İkinci qoldan sonra emosiyanızı gördüm. Sanki 4 turdan sonra qalan emosiyanın partlayışı idi. Sessi Almeydanın penalti epizodu haqda fikriniz necədir? Xal itirmiş olsaydınız, o epizodlar bağlı nə deyəcəkdiz?

– Bunu qəsdən etdi deyə, çevirmək olmur. Bir komandanın üzərində həddindən çox bu cür, əleyhinə olan epizodlar varsa, adamın özündə də şübhə yaranır. Mən də fikirləşirəm ki, penaltidir. Əminəm ki, nəticədə çoxunun rəyi o olacaq ki, penalti deyil. Bu, “Neftçi”dir, ona görə belə olacaq. Hər oyunda bəlkə də oyunun nəticəsinə təsir edən epizodlar var. Hamısından şikayət edə bilərik. Bəlkə də, udmuşuq deyə, sakitik. Bir az diqqətli olmaq lazımdır. Oyun pis axara gəlib çıxırdı. Epizodları vura bilmirdik. Bəlkə də penaltiyə ehtiyacımız olardı ki, vuraq və udaq. Bunu da əlimizdən alırsa, əlbəttə ki, səs-küy qaldırmalıyıq. Komandamızın adından xahiş edirəm ki, bizim oyunlarda diqqətli olsunlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 21 Sentyabr 2025 22:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri