Icma.az
close
up
RU
Samir Abasov: Söz tapa bilmirəm

Samir Abasov: Söz tapa bilmirəm

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bu vaxta kimi bir epizod vermədən, qol vura bilməyib itirdiyimiz xallar həqiqətən üzücüdür. Bu gün daha çox üzücüdür. Son oyunlara baxsaq, bu qədər templi, dinamik oyun görməmişdim. Futbolçulardan çox razıyam. Xal itirsək də, belədir. Üzücüdür, biz daha çox üzülürük. Futbolun maraqlı tərəfi odur ki, bu qədər epizod yaradırsan, ancaq qol vura bilmirsən.  Müdafiəyə oturmuş rəqibə qarşı oynadıq. Dərsliklərdə nə tələb olunursa, hər şeyi etdik. Uzaqdan zərbələr, cinahlardan hücum... Arxaya oturmuş komandaya qarşı etməli olacağınız, hər şeyi etdik. Bəxtsizlik... O qədər üzülürüksə, bunun izahını və cavabını tapa bilmirik. Bundan sonra da belə oynamalıyıq. Qollar gələcək. Son oyundan sonra ümidliydik ki, tilsim qırılır. O qədər epizodlara girdik. Digər oyunlara baxırıq, kornerdən ötürmə verilir, qol olur. İzahı olmayan mətbuat konfransıdır. Söz tapa bilmirəm".

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 6-cı turunun "Karvan-Yevlax"la(0:0) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

- İmad Farac sanki köhnədən zədə alıb və çox mübarizəyə girmir. Aqressivliyi çatmır...

- Zədəsi var idi. Amma səbəb bu deyil. Fərəci tanıyırıq, məşqlərdə xarakterli, aqressiv idi. Foul etməmək qorxusu var idi. Çünki hər foul bizə tərəf olan cərimə zərbəsi ilə yekunlaşırdı. Oyunçularımız da bunu başa düşürdü. Bəlkə ona görə kontakta girmirdilər. Düşünmürəm ki, zədə problemi var.

- Bitirici hücumçunuz yoxdur. Bunu hiss edirsiz?

- Komanda ətrafında forvard məsələsi çox danışılır. Bütün vingerlərimiz, digər oyunçularımızın girdiyi epizodlar forvardın olmaması məsələsini kölgəyə salardı. Müdafiəçilərimiz də qol epizodları yaradır. Təbii ki, bu problemin olduğunu bilirik. Buna baxmayaraq, Bassala Sambuya və Ağadadaş Salyanskiyə ümidimiz çoxdur. Komanda şəklində qollar vursaq, bu söhbətlər bitər.

- Bir neçə turdur ki, "Neftçi"yə qarşı kobud hakim səhvlər var idi. Klubun hər etirazından sonra sanki daha da çoxalır və hakimlərdə sizə qarşı antipatiya yaranır. Bu haqda fikriniz necədir?

- Bu oyunun içindəyəm. Çox üzülmüşəm. Nə cavab verəcəyimi bilmirəm. Hakimliklə bağlı 3-4 turdur danışıram.

- Vensan Abubakar mövzusu nə dərəcədə realdır?

- Onun hansı səviyyədə oyunçu olduğunu bilirsiz. Söhbətlər getmədiyini deyə bilmərəm. Hətta 1-2 forvard da var ki, onlarla danışıqlar gedir. Ümid edirik ki, söhbətlərin sonluğu yaxşı bitər. Nə deyim? Söhbətlər gedir. Amma futbolçu bura gəlib müqavilə imzalamayıb, yeni komandasının formasında fotosu yayılmayınca, nəsə demək tezdir.

- Bu gün çox sakit görünürdüz. Özünüzü hazırlamışdız?

- Komandanın özü səbəb yaratmırdı ki, nəsə emosiya göstərim, hər şey qaydasında gedirdi. Futbolçular yaxşı futbol oynayırdı. Çılğınlığım nə dəyişə bilərdi? Sakitçiliyin səbəbi bu idi. Referi nəinki oyunu, məni də susdurdu. Oyunu bu qədər saxladı. 

- Metyu İfeanyi transferi açıqlandı. 7 aydır ki, oyanmır. Nə vaxt hazır olacaq?

- Bunu bilirdik. Onun son klubu "Sürix"dir. O, fərdi məşqlər edib. Komanda şəklində məşqlərdən uzaq olduğu üçün ritmdən çıxır. Dəqiq gün deyə bilmərəm. Kimisə 5 günə, kimisə 10 gün formaya düşə bilər. İnanırıq ki, milli fasilələr zamanı onu hazır duruma gətirmək imkanımız olacaq. 

- Yayda transfer edilən futbolçular arasında narazı qaldığınız, gözləntiləri qarşılamayan oyunçular var? Məsələn, Varqas, Kurçi...

- Varqası tərifləyirimsə, çoxları da tərifləyir. Ondan istədiklərimizi edir. Biz bu günləri Varqasdan danışırqsa, deməli ona və digər oyunçulara da vaxt lazımdır. Əsla və əsla heç bir futbolçudan narazılığımız yoxdur. Onları anlayırıq. Daha yaxşı işlər görmək potensialları var.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://sportal.az
archiveBu xəbər 27 Sentyabr 2025 22:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see522

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see431

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see350

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see317

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see297

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see292

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see283

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see283

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see235

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see222

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see217

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see216

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see215

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see214

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see213

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see209

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see202

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see185

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri