Icma.az
close
up
RU
Bu dərmanlar bazardan dərhal yığışdırılır RƏSMİ AÇIQLAMA

Bu dərmanlar bazardan dərhal yığışdırılır RƏSMİ AÇIQLAMA

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) ölkədə dərman vasitələrinin dövriyyəsi, təhlükəsizliyi və keyfiyyətinə nəzarət mexanizmləri ilə bağlı rəsmi açıqlama yayıb.

Mərkəzdən Modern.az-a verilən məlumata görə, "Dərman vasitələri haqqında" Qanuna əsasən, bəzi istisna hallar xaric, dövlət qeydiyyatına alınmayan preparatların idxalı, istehsalı və satışı qəti qadağandır. Yeni bir dərmanın ölkə bazarına daxil olması üçün istehsalçı və ya onun rəsmi nümayəndəsi AEM-ə müraciət etməlidir. Yalnız ciddi laborator sınaqlardan keçən preparatlar Dərman Vasitələrinin Dövlət Reyestrinə daxil edilir və bu siyahı ictimaiyyət üçün tam açıqdır.

Mərkəzin nəzdində fəaliyyət göstərən beynəlxalq standartlı (GLP, ISO) laboratoriya təkcə yeni idxal olunan məhsulları deyil, həm də vətəndaşların müraciətləri əsasında şübhə doğuran bütün dərmanları yoxlayır. Eyni zamanda, apteklərdə, topdansatış mərkəzlərində və özəl xəstəxanalarda mütəmadi olaraq planlı və plandankənar yoxlamalar aparılır.

Bundan əlavə, dərman təhlükəsizliyini təmin etmək məqsədilə son illər tətbiq olunan "Dərman vasitələrinin təqib və izləmə sistemi" "Elektron resept" layihəsi ilə inteqrasiya edilib: 

"Bu rəqəmsal nəzarət sistemi sayəsində daxta və qeydiyyatsız dərmanların satışı dərhal bloklanır, preparatların zavoddan aptek rəfinə qədər olan hərəkəti real vaxt rejimində izlənilir və hər hansı bir dərmanda qüsur tapılarsa, onun bazardan operativ geri çağırılması təmin olunur. Həmçinin ölkədə aktiv farmakonəzarət sistemi fəaliyyət göstərir. Əgər hər hansı bir preparatın vətəndaşlarda gözlənilməz əlavə təsiri qeydə alınarsa, həmin dərman təcili olaraq dövriyyədən çıxarılır və bu barədə ictimaiyyətə məlumat verilir". 

Analitik Ekspertiza Mərkəzi vətəndaşları özəl tibb müəssisələri və apteklərdə qarşılaşdıqları qanunsuzluqlar, o cümlədən şübhəli və qeydiyyatsız dərmanlarla bağlı aktiv olmağa çağırıb. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 İyun 2026 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri