Bəzi dərmanlar apteklərdən təcili yığışdırılır RƏSMİ
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) ölkədə dərman vasitələrinin dövriyyəsi, təhlükəsizliyi və keyfiyyətinə nəzarət mexanizmləri ilə bağlı rəsmi açıqlama yayıb.
Mərkəzdən Modern.az-a verilən məlumata görə, "Dərman vasitələri haqqında" Qanuna əsasən, bəzi istisna hallar xaric, dövlət qeydiyyatına alınmayan preparatların idxalı, istehsalı və satışı qəti qadağandır. Yeni bir dərmanın ölkə bazarına daxil olması üçün istehsalçı və ya onun rəsmi nümayəndəsi AEM-ə müraciət etməlidir. Yalnız ciddi laborator sınaqlardan keçən preparatlar Dərman Vasitələrinin Dövlət Reyestrinə daxil edilir və bu siyahı ictimaiyyət üçün tam açıqdır.
Mərkəzin nəzdində fəaliyyət göstərən beynəlxalq standartlı (GLP, ISO) laboratoriya təkcə yeni idxal olunan məhsulları deyil, həm də vətəndaşların müraciətləri əsasında şübhə doğuran bütün dərmanları yoxlayır. Eyni zamanda, apteklərdə, topdansatış mərkəzlərində və özəl xəstəxanalarda mütəmadi olaraq planlı və plandankənar yoxlamalar aparılır.
Bundan əlavə, dərman təhlükəsizliyini təmin etmək məqsədilə son illər tətbiq olunan "Dərman vasitələrinin təqib və izləmə sistemi" "Elektron resept" layihəsi ilə inteqrasiya edilib:
"Bu rəqəmsal nəzarət sistemi sayəsində daxta və qeydiyyatsız dərmanların satışı dərhal bloklanır, preparatların zavoddan aptek rəfinə qədər olan hərəkəti real vaxt rejimində izlənilir və hər hansı bir dərmanda qüsur tapılarsa, onun bazardan operativ geri çağırılması təmin olunur. Həmçinin ölkədə aktiv farmakonəzarət sistemi fəaliyyət göstərir. Əgər hər hansı bir preparatın vətəndaşlarda gözlənilməz əlavə təsiri qeydə alınarsa, həmin dərman təcili olaraq dövriyyədən çıxarılır və bu barədə ictimaiyyətə məlumat verilir".
Analitik Ekspertiza Mərkəzi vətəndaşları özəl tibb müəssisələri və apteklərdə qarşılaşdıqları qanunsuzluqlar, o cümlədən şübhəli və qeydiyyatsız dərmanlarla bağlı aktiv olmağa çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 29 İyun 2026 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















