Icma.az
close
up
RU
Bu dərmanlar pulsuz verilməlidir Ekspert

Bu dərmanlar pulsuz verilməlidir Ekspert

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Bir çox həkimlər xəstələrinə yazdıqları reseptlərdə əsasən firma dərmanlarına üstünlük verirlər. Bu dərmanların qiyməti isə, adətən, daha yüksək olur. Maraqlıdır, həkimlər niyə məhz firma dərmanlarını seçirlər?

Tibb eksperti Adil Qeybulla Metbuat az-a açıqlamasında bildirib ki, Azərbaycan dərman istehsal edən ölkə deyil, dərman təminatında idxaldan asılıdır. Hazırda ölkəyə daxil olan dərmanların əksəriyyəti müxtəlif xarici ölkələrdə istehsal olunur:

"Bu dərmanlar əsasən Avropa, Rusiya, Ukrayna, Belarus, Türkiyə və Hindistan kimi ölkələrin tanınmış brendlərinə məxsusdur. Sovet dövründə yerli dərman sənayesi mövcud olsa da, həmin istehsal bazası zamanla sıradan çıxıb. Buna görə də bu gün bazarda “firma dərmanı” deyilən anlayış, əslində, müxtəlif xarici şirkətlərin istehsal etdiyi dərmanlara aiddir".

A.Qeybulla qeyd edib ki, ölkədə dərmanların əlçatanlığını təmin etmək məqsədilə bir çox vacib preparatların icbari tibbi sığorta paketinə daxil edilməsi vacibdir:

"Məsələn, ürək əməliyyatı (angioplastika) keçirmiş, şəkərli diabetdən və digər xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər ömürboyu müəyyən dərmanları qəbul etməli olurlar. Bu dərmanların fasiləsiz və mümkün qədər pulsuz təminatı onların sağlamlığı üçün həyati əhəmiyyət daşıyır".

Ekspertin sözlərinə görə, bəzi həkimlərin xəstələrə yazdığı dərmanların ambulator şəraitdə tətbiqinə də diqqət edilməlidir:

"Məsələn, ev şəraitində antibiotik yazılması, güclü təsirə malik venadaxili (infuziya yolu ilə) preparatların istifadəsi və ya allergik reaksiyaya səbəb ola biləcək iynələrin vurulması yolverilməzdir. Bu məsələlər mütləq şəkildə tənzimlənməli və beynəlxalq praktikaya uyğunlaşdırılmalıdır".

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 21 Oktyabr 2025 23:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri