Icma.az
close
up
RU
Hansı dərmanlar xəstələrə pulsuz verilməlidir? Həkim açıqladı

Hansı dərmanlar xəstələrə pulsuz verilməlidir? Həkim açıqladı

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“İcbari tibbi sığorta hesabına qarşılanacaq dərmanlarla bağlı pozitiv siyahı hazırlanacaq”. 

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova media nümayəndələri üçün təşkil olunan tibbi savadlılıq təlimində çıxışı zamanı deyib. 

O qeyd edib ki, gələn ildən ürək-damar sistemi xəstəlikləri üçün ambulatorda dərman vasitələrinin verilməsinə başlanılacaq: 

"Növbəti ilin ikinci yarısında ambulator dərmanların icbari tibbi sığorta təminatına alınması nəzərdə tutulub. Ambulator dərman vasitələrinin təminatına gələn ilin 6 ayı üzrə 40 milyon manat məbləğində vəsaitin ayrılması planlaşdırılıb". 

A.Əhmədova bildirib ki, dərman təminatı mexanizmləri təhlil edilib: 

"Növbəti il yenilənən Xidmətlər Zərfində təminata alınan dərmanların əsas təsiredici maddəsi və dozası, yəni dərmanın tərkibi qeyd olunacaq. Buna əsasən icbari tibbi sığorta hesabına qarşılanan dərmanlarla bağlı pozitiv siyahı hazırlanacaq. Bu siyahıya yalnız ambulator şəraitdə həkim tərəfindən resept əsasında yazılan dərmanlar daxil ediləcək. 

Qeyd edək ki, bu gün ölkədə satışda olan dərmanların əksəriyyətinin qiyməti kifayət qədər bahadır. Bu baxımdan, xəstələr üçün problem yaranır. Vətəndaşlar bir sıra xəstəliklərlə bağlı dərmanların məhz icbari tibbi sığorta paketinə daxil olması arzu edirlər. Bəs bu gün hansı xəstəliklərlə bağlı bu prosesin həyata keçirilməsinə daha çox ehtiyac var? 

Həkim-terapevt Rasif Bağırov “Cebheinfo.az”-a bildirib ki, əsasən ürək-damar sistemi xəstəlikləri üçün gələn ildən ambulatorda dərman vasitələrinin verilməsinə başlanılmasının nəzərdə tutulması yaxşı əlamətdir: 

“Çünki həmin xəstələr çox uzun müddətə dərman qəbul edirlər. Yəni 1-2 ay qəbul olunmur. Ürək-damar sistemi sistemi xəstəlikləri dərmanları xəstələrə ömürlük təyin olunur. Ürəklə bağlı digər dərmanlar da müəyyən fasilələrlə verilsə belə, yenə uzun müddətə qəbul olunan dərmanlar olur. Onların pulsuz verilməsi, yəni sığorta sisteminə salınması yaxşı əlamətdir. Müəyyən qədər insanların iqtisadi vəziyyətinə, dərmanla təminatına yaxşı təsir edəcək. 

Ümumiyyətlə, müxtəlif xəstəliklər üzrə dərmanlar siyahıya hissə-hissə salınırsa, biz güman edirik ki, yəqin gələcəkdə digər sahələri də əhatə edər. Bütün dərmanların əldə olunması xəstələr üçün əlçatan olar”. Ekspert bildirib ki, digər sahələrdə bizdə ən çox tələb olunan, xəstələrin ümumi prosesinə təsir göstərən onkoloji dərmanlardır: 

“Təəssüf ki, onkologiya da sığorta sisteminə daxil olmur. Bu da xəstələr üçün çətinlik yaradır. Digər dərman preparatlarına gəldikdə, məsələn, böyrək, ağciyər, mədə-bağırsaq sistemi, mərkəzi sinir sistemi xəstəlikləri ilə bağlı dərmanların da salınmasını istərdik. Hələlik bu istiqamətdə işə başlanıbsa, ümid edək ki, bu xəstəliklərlə bağlı dərmanlar da siyahıya daxil ediləcək və bu, daha yaxşı olar”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:336
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Dekabr 2024 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri