Bu dərmanlardan sonra sükan arxasına keçmək qəza riski yaradır
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bəzi dərman vasitələrinin qəbulu sürücülərin reaksiyasını zəiflədərək təhlükə yaradır. Xüsusilə geniş istifadə olunan bir sıra preparatlar mərkəzi sinir sistemini zəiflətdiyi üçün yol hərəkəti zamanı qəza riskini kəskin artırır.
Demokrat.az bildirir ki, ekspertlərin müşahidələrinə görə, valokordin və korvalol kimi populyar preparatlardan istifadə edən şəxslərin avtomobil idarə etməsi yolverilməzdir. Bu dərmanlar sürücülük qabiliyyətinə birbaşa təsir edir və diqqəti yayındırır. Bundan əlavə, soyuqdəyməyə qarşı istifadə olunan tozşəkilli dərmanlar, allergiyaya qarşı qəbul edilən antihistamin vasitələr yuxululuq və süstlük yaradır. Ağrıkəsicilər, öskürək şərbətləri və sakitləşdirici təsirə malik trankvilizatorlar da təhlükəli siyahıya daxildir.
Həkimlər qeyd edir ki, dərman qəbulundan əvvəl mütləq mütəxəssislə məsləhətləşmək lazımdır. Hər hansı bir preparatın sürücülük bacarığına necə təsir göstərəcəyini əvvəlcədən dəqiqləşdirmək vacibdir.
Yol təhlükəsizliyinə təsir edən digər amil isə yuxusuzluqdur. İspaniyalı nevroloq Selia Qarsiya Malonun fikrincə, altı saatdan az yatan şəxslərin durumu alkoqol sərxoşluğu ilə oxşar nəticələrə gətirib çıxarır. Yuxu çatışmazlığı olan sürücülərin reaksiyası gecikir, diqqəti toplamaq çətinləşir. Bu vəziyyət sükan arxasında son dərəcə ehtiyatlı olmağı tələb edir və bəzən avtomobildən imtina etməyi zəruri edir.
İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Demokrat.az bildirir ki, ekspertlərin müşahidələrinə görə, valokordin və korvalol kimi populyar preparatlardan istifadə edən şəxslərin avtomobil idarə etməsi yolverilməzdir. Bu dərmanlar sürücülük qabiliyyətinə birbaşa təsir edir və diqqəti yayındırır. Bundan əlavə, soyuqdəyməyə qarşı istifadə olunan tozşəkilli dərmanlar, allergiyaya qarşı qəbul edilən antihistamin vasitələr yuxululuq və süstlük yaradır. Ağrıkəsicilər, öskürək şərbətləri və sakitləşdirici təsirə malik trankvilizatorlar da təhlükəli siyahıya daxildir.
Həkimlər qeyd edir ki, dərman qəbulundan əvvəl mütləq mütəxəssislə məsləhətləşmək lazımdır. Hər hansı bir preparatın sürücülük bacarığına necə təsir göstərəcəyini əvvəlcədən dəqiqləşdirmək vacibdir.
Yol təhlükəsizliyinə təsir edən digər amil isə yuxusuzluqdur. İspaniyalı nevroloq Selia Qarsiya Malonun fikrincə, altı saatdan az yatan şəxslərin durumu alkoqol sərxoşluğu ilə oxşar nəticələrə gətirib çıxarır. Yuxu çatışmazlığı olan sürücülərin reaksiyası gecikir, diqqəti toplamaq çətinləşir. Bu vəziyyət sükan arxasında son dərəcə ehtiyatlı olmağı tələb edir və bəzən avtomobildən imtina etməyi zəruri edir.
İsmayıl
Demokrat.az
Bu mövzuda digər xəbərlər:“Bu halda sükan arxasına keçmək yolverilməzdir”
06 Dekabr 2025 08:55
İçəndən nə qədər müddət sonra sükan arxasına keçmək olar
29 May 2026 19:01
1 sentyabrdan Rusiyada kimlərə sükan arxasına keçmək qadağandır?
21 Avqust 2025 23:25
DİQQƏT! Bu dərmanlardan ehtiyatlı olun: Astma yaradır
23 Avqust 2025 11:55
Bu dərmanları qəbul etdikdən sonra sükan arxasına keçməyin!
15 Aprel 2026 19:55
Baxış sayı:185
Bu xəbər 08 Mart 2026 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















