Icma.az
close
up
RU
Bu dərmanları qəbul edənlərin diqqətinə: Təhlükə gözləyir...

Bu dərmanları qəbul edənlərin diqqətinə: Təhlükə gözləyir...

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


İyun ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 99 nəfər yerləşdirilib.

Bakupost.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, həmin şəxslərdən 37-si dərman, 27-si sirkə turşusundan, 1-i yandırıcı məhluldan, 2-si spirtli içkidən, 5-i isə fosfor üzvi birləşmələrdən zəhərlənib. Ölüm halları isə əsasən sirkə turşusu və dərman zəhərlənmələri nəticəsində qeydə alınıb.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev Modern.az-a açıqlamasında dərman zəhərlənmələrinin əsas səbəblərinə toxunub. O bildirib ki, dərmanların həkim məsləhəti olmadan qəbulu ən təhlükəli faktorlardandır:

"İnsanlar çox vaxt hər hansı xəstəliyin əlamətlərini özbaşına dərmanlarla aradan qaldırmağa çalışırlar. Bu zaman dozalanma və istifadə qaydaları düzgün aparılmır. Analgetiklər, sedativlər, antibiotiklər və ürək dərmanları bu baxımdan xüsusi risk daşıyır. Belə dərmanlar həkim nəzarəti olmadan qəbul edildikdə zəhərlənmə və hətta orqan çatışmazlığına səbəb ola bilər".

Ekspert onu da diqqətə çatdırıb ki, zəhərlənmələrin mühüm bir hissəsi uşaqların ev şəraitində təsadüfən dərman qəbul etməsi ilə bağlıdır:

"Ailələrin dərmanları uşaqların əlçatan yerlərdə saxlaması bu halların sayını artırır. Eyni zamanda, bəzi hallarda saxta və ya keyfiyyətsiz dərman preparatları da ciddi fəsadlara yol açır. Apteklərdə və ya qeyri-rəsmi satış məkanlarında satılan bu preparatlar ya təsirsiz olur, ya da tərkibindəki maddə miqdarı düzgün tənzimlənmədiyindən zəhərlənməyə səbəb ola bilir. Buna görə də dərmanların yalnız rəsmi qeydiyyatdan keçmiş, lisenziyalı apteklərdən alınması tövsiyə olunur".

Zakir Quliyev əlavə edib ki, xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər arasında çoxsaylı dərman preparatlarının eyni anda qəbulu da təhlükəli hesab olunur. Onun sözlərinə görə, bəzi dərmanlar bir-birinin təsirini artıraraq orqanizmə mənfi təsir göstərir və bu da nəticədə zəhərlənmələrə yol açır


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 İyul 2025 00:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri