Icma.az
close
up
RU
Evini kirayə verənlərin diqqətinə: Sizi bu TƏHLÜKƏ GÖZLƏYİR

Evini kirayə verənlərin diqqətinə: Sizi bu TƏHLÜKƏ GÖZLƏYİR

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Bakının Nərimanov rayonu ərazisində yerləşən evlərin birində müvəqqəti yaşayan şəxsin həmin ünvanda kirayənişin qalan 2 nəfərin mobil telefonunu oğurlaması barədə polisə məlumat daxil olub. Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətmiş paytaxt sakini 23 yaşlı Fikrət Ramazanov saxlanılıb. Onun F.X.Xoyski küçəsində yerləşən elektronika və məişət avadanlıqları satılan mağazalar şəbəkəsindən, eləcə də kirayədə yaşadığı daha 3 evdən oğurluq etdiyi də müəyyən olunub. Göründüyü kimi, kirayədə yaşadığı evdə digər kirayənişinlərin əmlakını oğurlayıb. Bu faktın üzə çıxması isə bir daha kirayə mənzillərdə qeydiyyat məsələsini aktuallaşdırır.

Yeri gəlmişkən, son vaxtlar polis əməkdaşları qapı-qapı gəzərək mənzildə yaşayan şəxsləri sorğu-sual edir. Bununla bağlı sosial şəbəkələrdə çox sayda paylaşımlar edilir. Qeyd olunur ki, DİN əməkdaşları mənzilin kimin adına olduğunu və s. soruşur. Bu vəziyyət paytaxt sakinlərinin bəziləri arasında narahatlığa səbəb olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev mətbuata açıqlamasında bu sorğuların nə üçün aparılması məsələsinə aydınlıq gətirib:

“Yaşayış sahələrində kriminal vəziyyətin diqqətdə saxlanılmasına, yaxud tam aradan qaldırılmasına xidmət edən profilaktik tədbirdir. Daha təfərrüatlı sakinlərin təhlükəsizliyinə xidmət edir. DİN-dən polisə göstəriş verilib ki, inzibati ərazidə kim yaşayır bilsin, qeydiyyatı olmayan şəxslərin qeydiyyat məsələləri həll edilsin. Başqa sözlə, bu evlər, kriminal vərdişlərin alətinə çevrilməsin”, - DİN rəsmisi bildirib.

Qeyd edək ki, qanunvericiliyə görə, kirayə verən kirayənişinlə notarial qaydada təsdiq olunmuş kirayə müqaviləsi imzalamalıdır. Müqavilə ilə ödəmə mənbəyindən tutulan vergi tətbiq olunur və bu, rəsmi daxil olan məbləğin 14 faizi həcmində müəyyən olunur. Kirayədə qalanlar mütləq bir ay ərzində yaşadıqları ərazi üzrə polis idarəsinə sənədlərini və kirayə müqaviləsini təqdim etməklə müvəqqəti qeydiyyata düşməlidirlər.

Əgər kirayədə qalanlar qeydiyyata düşməsələr, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsinə əsasən xəbərdarlıq edilir və ya 30 manat məbləğində inzibati qaydada cərimə olunurlar.

Hüquqşünas Əkrəm Həsənov açıqlamasında kirayə verənlərlə kirayənişinlər arasında müqavilə bağlamağın önəminə diqqət çəkdi: 

“Bundan əlavə, kirayədə qalan şəxs olduğu yer üzrə daxili işlər orqanlarında qeydiyyata düşməlidir. Bu, qanunun tələbidir. Sadəcə, təcrübədə buna riayət olunmur. Kirayənişinin qeydiyyata düşməsini kirayə verən tələb etməlidir. Adətən kirayə verənlər 14 faiz vergi ödəməli olduqları üçün müqavilə bağlanmasına maraq göstərmirlər.  Yəni kirayə verən vergidən yayınmaq üçün müqavilə bağlanmasına göz yumur. Amma nəticədə neqativ hadisələrlə üzləşməyə məcbur olur”.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov mövzunu şərh edərkən qeyd etdi ki, təəssüf ki, kirayə götürən şəxslər fiziki korlamalar, oğurluqlar, vaxtında ödəniş etməmək kimi  neqativ hallara yol verirlər. Ekspert vurğuladı ki, hətta müqavilə imzalansa belə, ödənişi vaxtında etməyərək kirayədə qalıb borc yaradan kirayənişinlər var: “Borc yaradan, hətta evdən qaçarkən evin əşyalarını oğurlayan kirayənişinlər var. Bunun qarşısını almağın ən effektiv yollarından biri depozit almaqdır. Sadəcə, Azərbaycanda depozit alınması o qədər də geniş yayılmayıb. Nisbətən ucuz qiymətə təklif olunan kirayə evlərə aşağı gəlirli insanlar maraq göstərdiyi üçün onlarda ehtiyat pul olmur. Digər məsələ qanunvericiliklə nəzərdə tutulmuş qaydada vətəndaş bir evdə 6 aydan çox qalırsa, qeydiyyata alınmalıdır. Öncə rəsmi müqavilə bağlanmalıdır, bu zaman isə rəsmi qeydiyyat məsələsi gündəmə gəlir. Kirayənişinin qeydiyyata alınması kirayə verəni heç nədən sığortalamır. Bu, sadəcə, daxili işlər orqanlarının işini  asanlaşdırır, o cümlədən seçkilərdə və digər proseslərdə önəmlidir”.(Musavat.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://sfera.az
archiveBu xəbər 11 Mart 2025 08:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri