Icma.az
close
up
RU
Bu dərmanlarla bağlı ŞOK XƏBƏRDARLIQ Sürətli çəki itirirsiniz, amma...

Bu dərmanlarla bağlı ŞOK XƏBƏRDARLIQ Sürətli çəki itirirsiniz, amma...

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünyanın ən əhəmiyyətli dərman məlumat platforması olan “Nature Medicine” 2 milyon insanı əhatə edən və 3,5 ildir davam edən araşdırmasını tamamlayıb.

Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, tədqiqat nəticəsində arıqlama dərmanlarının xüsusilə böyrəklərdə, ürəkdə və mədəaltı vəzidə ciddi xəstəliklərə səbəb olduğu aşkarlanıb.

Diabeti müalicə etmək üçün hazırlanmış dərmanlar arıqlamağa kömək edən vasitələr kimi də populyarlıq qazanıb. Ancaq yeni araşdırma göstərir ki, bu dərmanların genişmiqyaslı yan təsirləri var.

Dr. Ayça Kaya bildirib ki, bu dərmanlar sui-istifadə olunur:

“Aparılan tədqiqatlar bu dərmanların iştahanı azaltdığını, mədənin boşalma müddətini uzatdığını və beyində yeməkdən alınan həzzi azaltdığını ortaya çıxardı. Bu dərman piylənmə müalicəsi üçün hazırlanmışdı, lakin təəssüf ki, sui-istifadə edilir. GLP-1 əslində insulin kimi bir hormondur. Bu hormon bədənə artıq miqdarda daxil olduqda orqanlarda problemlər yarana bilər. Bunlardan biri pankreas iltihabıdır. Çox sürətli çəki itkisi səbəbindən öd kisəsində daşlar yaranır. Bu daşlar pankreas kanalını tıxaya bilər.

Bu dərmanlar iştahanı azaltdığı üçün qidalanma pozuntuları yarana bilər. Əzələ itkisinə səbəb olduğu üçün insanların üzü çökə bilər. Əzələlərin yenidən bərpa olunması da kifayət qədər çətindir. Dərman istifadə edərkən əzələləri zəiflədiyi və maddələr mübadiləsi sürəti yavaşladığı üçün daha çox çəki almağa başlayırlar. Sonra yenidən dərman istifadə edirlər və dərmana asılılıq yaranır. Mən piylənmə müalicəsi ilə məşğul olan bir həkim olaraq bəlkə də min xəstədə cəmi iki nəfərə bu dərmanı təyin edirəm. O da həqiqətən ehtiyac olduğu üçün. İstifadə etmədən əvvəl mütləq testlərin aparılması lazımdır”.

Dr. Osman Erk isə deyib ki, bu dərmanlar xüsusi hallarda və yaxından müşahidə altında istifadə olunmalıdır:

“Doğrudan da doyma mərkəzini hədəfləyərək çəki itirməkdə kömək edən bir dərmandır. Bu dərmanları istifadə etməyin müəyyən kriteriyaları var. Bədən kütlə indeksi 30-dan yüksək olan xəstələrdə istifadə olunur. Yan təsirləri də var. Sidik yolları, mədə və tənəffüs yolları üzərində təsirləri ola bilər. Pankreas iltihabı da yan təsirlərdən biridir. İnsanlar pəhriz saxlamadan, həyat tərzlərini dəyişdirmədən bu dərmanları istifadə edirlər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Yanvar 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see249

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see227

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see139

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri