Bu dərmanlarla bağlı ciddi XƏBƏRDARLIQ
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Diabet və artıq çəkinin müalicəsində geniş istifadə olunan bəzi dərmanlarla bağlı ciddi təhlükəsizlik xəbərdarlığı edilib.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Qida və Dərman Administrasiyası (FDA) “Ozempic”, “Wegovy” və “Mounjaro” kimi preparatların nadir hallarda qəfil görmə itkisinə, hətta daimi korluğa səbəb ola bilən göz xəstəliyi ilə əlaqəli ola biləcəyini açıqlayıb.
FDA dərman istehsalçılarından istifadə təlimatlarına mümkün risklə bağlı xəbərdarlıq əlavə etməyi tələb edib. Sözügedən risk görmə sinirinə qan axınının azalması nəticəsində yaranan NAION adlı göz xəstəliyi ilə bağlıdır. Xəstəlik, əsasən, bir gözdə qəfil və ağrısız görmə itkisinə səbəb olur. İtirilmiş görmənin bərpası üçün hazırda sübut edilmiş müalicə üsulu yoxdur.
Tələb “Ozempic” və “Wegovy”, “Mounjaro” və “Zepbound”, eləcə də “Soliqua” preparatlarına şamil olunur. FDA-nın araşdırmasına 2024-cü ildə “JAMA Ophthalmology” jurnalında dərc olunan elmi tədqiqatdan sonra başlanılıb. Araşdırmada “Ozempic” və “Wegovy”nin təsiredici maddəsi olan semaqlutiddən istifadə edən şəxslərdə bu göz xəstəliyinin yaranma riskinin arta biləcəyi müəyyən edilib.
FDA-nın qiymətləndirməsinə görə, GLP-1 qrupuna aid dərmanlardan istifadə edən hər 100 min nəfərdən 6,4-də bir il ərzində NAION qeydə alınıb. Digər diabet dərmanlarından və ya plasebodan istifadə edənlərdə isə bu göstərici 3,8 olub. “Novo Nordisk” şirkəti isə mövcud araşdırmaların GLP-1 qrupuna aid dərmanların birbaşa bu xəstəliyə səbəb olduğunu sübut etmədiyini bildirib.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 12 Noyabr 2026 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















