Icma.az
close
up
RU
Bu detalları ilk 5 saniyədə görürsünüzsə super güc ünüz var

Bu detalları ilk 5 saniyədə görürsünüzsə super güc ünüz var

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elə insanlar var ki, ətraflarındakı ən kiçik bir dəyişikliyi belə qaçırmırlar. Onlar başqalarının səsindəki incə bir titrəməni, üz ifadələrindəki bir saniyəlik dəyişikliyi başqa heç kimin anlamadığı şəkildə dərhal hiss edə bilirlər.

Ölkə.Az "sabah" qəzetinə istinadla xəbər verir ki, psixoloqlara fikrincə, bu, praktik olaraq "super güc"dür. 

"Yüksək qavrayış" və ya "yüksək həssaslıq" adlanan bu xüsusiyyət təbii olaraq əhalinin təxminən 20-30%-də mövcuddur.
Klinik psixoloq və psixoloji dəstək platformasının baş direktoru Dr. Kibbi MakMahona deyir ki, yüksək qavrayışlı olmaq, insanlararası ünsiyyətdə müstəsna intuitiv qabiliyyətlərə sahib olmaq deməkdir.

Bu şəxslər başqalarının emosiyalarını, niyyətlərini, bədən dilini, sosial səhvlərini və ya gizlətməyə çalışdıqları əsl düşüncələri tez bir zamanda aşkar edə bilirlər. Bu qabiliyyət bəzi insanlar üçün fitri olsa da, digərləri bunu müşahidə, empatiya inkişaf etdirmək və sosial təcrübə qazanmaq yolu ilə zamanla öyrənirlər.
"İnsanların nə dediklərini deyil, necə dediklərini anlamaq, onların niyyətlərinin və ya hisslərinin əsl mahiyyətini görməyə imkan verir”, - deyə Dr.Makmahon əlavə edib.

Buna görə də güclü qavrayış qabiliyyətinə malik insanlar idarəetmə, satış, terapiya, təhsil və ya konsaltinq kimi insan münasibətlərinə əsaslanan karyeralarda olduqca uğurlu ola bilərlər.

Bəs bu insanlar ilk olaraq nələri fərq edirlər?

1. Üz ifadələrində yüngül dəyişikliklər
Gözlərdə bir damcı yaş, dodaq kənarında titrəmə və ya anlıq donuq baxış... Əksər insanların fərqinə varmadığı bu "mikroifadələr" yüksək qavrayış səviyyəsinə malik bir insan üçün güclü bir emosional siqnal ola bilər.
2. Səs tonundakı fərqliliklər
Onlar yalnız sözlərə deyil, səsin titrəməsinə, sürətinə və ritminə diqqət yetirirlər. Bir insanın səs tonunda ən kiçik bir dəyişiklik niyyətdə və ya emosiyada bir dəyişiklik olduğunu göstərir.
3. Sosial yanlışlar
Onlar insanların fərqinə varmadan etdiyi sosial səhvləri, vəziyyət gərginləşdikdə və ya sərhəd pozulduqda dərhal tanıyırlar. Bu bacarıq sosial zəkanın vacib bir hissəsidir.
4. Bədən duruşu
Qolları bağlamaq, çiyinləri əymək və ya bədənin istiqaməti... Bunların hər biri müdafiə, geri çəkilmə və ya etibarı göstərən güclü siqnallardır.
5. Aldatma və ya yanıltma əlamətləri
Cavab verərkən fasilə vermək, göz təmasından qaçmaq, uyğunsuz ifadələr və ya səs tonunun dəyişməsi... Yüksək qavrayışlı insanlar bunları tez bir zamanda qiymətləndirirlər.
6. Şəxsi sərhədlər
Onlar kiminsə narahat olduğunu, "yox" demək istədiyini və ya məkanlarının işğal olunduğunu hiss etdiklərini sezə bilirlər.
7. Dəyərlər və motivasiyalar
Onlar insanların nəyə əhəmiyyət verdiyini, hansı prinsiplər əsasında fəaliyyət göstərdiklərini və ya emosional cəhətdən onlara hansı şeylərin təsir etdiyini tez bir zamanda təhlil edə bilirlər.
8. Basdırılmış duyğular
Gülümsəyərkən əslində kədərli olmaq, yaxşı olmadığı halda "yaxşıyam" demək... Bu ziddiyyətli anlar yüksək qavrayışlı insanlar üçün ən vacib ipuculardan biridir.

Doktor MakMahon bildirib ki, bu qabiliyyət, sui-istifadə edilmədiyi müddətcə, əslində güclü və sağaldıcı bir vasitədir: 

“Bu bacarıq insanları manipulyasiya etmək üçün deyil, onların duyğularını anlamaq, dəstəkləmək və sağaltmaq üçün istifadə edilməlidir. Əsl empatiya buradan başlayır” - o deyib.

Billurə
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Noyabr 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri