Icma.az
close
up
RU
Bu dəyişikliklərdə məqsəd qorxutmaq deyil Razi Nurullayev

Bu dəyişikliklərdə məqsəd qorxutmaq deyil Razi Nurullayev

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün müzakirə etdiyimiz qanun layihəsi cəmiyyətimizdə son illər xüsusilə sosial şəbəkələr vasitəsilə formalaşan yeni və real təhlükələrə hüquqi cavab vermək məqsədi daşıyır deyə düşünürəm. Qanuna edilən dəyişikliyə başqa don geyindirənlər olacaq deyə mən də siyasi partiya kimi mövqeyimi açıqlamaq istəyirəm. Söhbət informasiya azadlığının məhdudlaşdırılmasından deyil, məsuliyyətsiz və zərərli informasiyanın yayılmasının qarşısının alınmasından gedir.

Modern.az xəbər verir ki, bunu deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib.
O, əlavə edib:
“Layihənin mahiyyəti mənim üçün ondan ibarətdir ki, internet informasiya ehtiyatlarında və sosial platformalarda kütləvi nümayiş etdirildiyi halda, cəmiyyəti açıq şəkildə təhqir edən, milli-mənəvi dəyərlərə zidd olan, əxlaqsız ifadələrin və yaxud bu cür məzmunun təsirini gücləndirən məlumatların yayılması hüquqi çərçivədə qadağan edilsin.

Bu gün sosial şəbəkələrin reallığı ondan ibarətdir ki, baxış toplamaq, populyar olmaq və ya şəxsi qisas məqsədi ilə ayrı-ayrı vətəndaşlar hədəfə alınır. Bir video, bir paylaşım və ya məqsədli kampaniya insanın şərəf və ləyaqətinə ciddi zərər vura, onun sosial və psixoloji vəziyyətinə mənfi təsir göstərə bilir. Mövcud mexanizmlər isə bu halların hamısına operativ və effektiv cavab vermək üçün yetərli olmur.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, təqdim olunan dəyişikliklər siyasi məqsəd daşımır. Bu layihə nə siyasi fikirlərin ifadəsinə, nə tənqidə, nə də ictimai müzakirələrə qarşı yönəlib. Layihə yalnız kütləvi şəkildə qeyri-etik, təhqiredici və milli-mənəvi dəyərlərə zidd məzmunun yayılmasına qarşı hüquqi mexanizm yaradır.

Eyni zamanda, layihənin “Arayış” hissəsində də göstərildiyi kimi, sosial platformaların işləmə mexanizmi qeyri-etik və sensasiya xarakterli paylaşımları daha sürətlə geniş auditoriyaya çıxarır. Bu isə xüsusilə yeniyetmələrə və gənclərə mənfi təsir göstərir və cəmiyyətdə davranış modellərini dəyişir.

Bu dəyişikliklər cəzalandırıcı yox, preventiv xarakter daşıyır. Məqsəd qorxutmaq deyil, məsuliyyət formalaşdırmaq, informasiya mühitində sağlam balans yaratmaqdır. İfadə azadlığı qalmalıdır, amma bu azadlıq başqasının ləyaqətinə və hüquqlarına zərər hesabına olmamalıdır.

Hesab edirəm ki, layihə dövrün çağırışlarına uyğundur, hüquqi boşluğu aradan qaldırır və cəmiyyətin mənəvi təhlükəsizliyinin qorunmasına xidmət edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Dekabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see631

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see266

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see219

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see213

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see178

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see158

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see152

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri