Icma.az
close
up
RU
Deputat Razi Nurullayev bələdiyyələrdən DANIŞDI

Deputat Razi Nurullayev bələdiyyələrdən DANIŞDI

Icma.az bildirir, Yenigundem saytına əsaslanaraq.

“Bələdiyyələrə kökündən yeni bir yanaşma lazımdır və ilk addım kimi onların birləşdirilmısi müsbət addım oldu”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında Milli cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Deputat əlavə edib ki, buna rəğmən, mövcud fəaliyyətləri, subvensiyaları, yardımları və ənənəvi təlimləri nə qədər artırsaq da, ciddi nəticələr əldə etmək çətin olacaq:

“Buna görə də, konkret əməl, konkret fəaliyyət və konkret yanaşmalar önəmlidir. İndi deyəcəyim təklifi büdcə müzakirələri zamanı komitə iclaslarında qaldırmışdım. O zaman maliyyə naziri olan hörmətli Samir müəllim təklifimi əsaslı hesab edib, aidiyyəti üzrə müzakirə olunacağını bildirmişdi.

Təklifim bələdiyyələrlə biznes strukturlarının, sahibkarların işgüzar münasibətləri qurulsun və verilən subvensiyaların da konkret davamlı müştərək layihələrə yönəldilməsin. Bu yanaşma ilə bələdiyyə özü vəsait qazanaraq yerli inkişafa töhfə verə bilər.

Bələdiyyələr və biznes strukturları arasında əlaqələrin yaradılması vacibdir. Hər bir bələdiyyə öz ərazisində mövcud resursları araşdıraraq, onları biznes layihələrinə çevirmək üçün lazım olan tədqiqatları aparmalıdır.

Bunun üçün hər bir bələdiyyəyə subvensiyanın ayrılmasının və bu layihənin inkişaf təşkilatları, nazirliklər və digər dövlət qurumları ilə birgə üç ay ərzində həyata keçirilməsini təklif edirəm. Nəticədə, hər bələdiyyə ərazisində gəlirli sahələr müəyyən ediləcək və konkret layihələr hazırlanacaq. Növbəti mərhələdə bələdiyyələrlə iş adamları arasında görüşlərin təşkil olunması konkret layihələrin həyata keçirilməsi ilə nəticələnəcək. Bələdiyyələr pulsuz torpaq ayıra və digər resurslarını təqdim edə bilərlər.

Dövlət isə hər bələdiyyəyə müştərək işlənəcək layihəyə subvensiya şəklində maliyyə ayırsın. Onsuz da subvensiyalar ayrılır, onlar davamlı layihələrə yatırılmalıdır. Bu iş birliyi ilə bələdiyyə və sahibkarlar xərcləri paylaşaraq biznes qurmaq imkanı əldə edəcəklər.

Sahibkar daha sərfəli şərtlərlə biznes quracaq, bələdiyyə isə çatışmayan biznes bacarıqlarını sahibkarlıq subyekti ilə kompensasiya edəcək. Hər iki tərəf bu əməkdaşlıqdan uduşlu şəkildə çıxacaq. Dövlətin verdiyi subvensiya isə konkret davamlı və gəlirli sahələrə yönəldiləcək. Bu təklif ilə bələdiyyələr nəhayət ki, özləri vəsait qazanmağa və bələdiyyə ərazilərini inkişaf etdirməyə başlayacaqlar.

Bələdiyyələrə nə qədər səlahiyyət verilsə də, maliyyə resursları olmadan heç nə edə bilməzlər. Maliyyə resurslarına çıxış və onu səmərəli idarə etmək isə bacarıq tələb edir, bu da bələdiyyələrin ən zəif yerləridir. Mən təklifimin ciddi şəkildə dəyərləndirilməsini istəyirəm”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 17 Fevral 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri