Icma.az
close
up
RU
Bu dietik maddə kişiləri sonsuzlaşdırır

Bu dietik maddə kişiləri sonsuzlaşdırır

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni araşdırma süni şirinləşdirici “sucralose”un (tanınmış adıyla Splenda) kişi sonsuzluğuna təsir edə biləcəyini göstərib.

News24.az xəbər verir ki, bu barədə məlumat ABŞ-də çıxan Environmental Health Perspectives jurnalında dərc olunub.

Siçanlar üzərində aparılan təcrübə zamanı sperma keyfiyyətinin azaldığı, hormonal balansın pozulduğu və xayalarda toxuma zədələnməsi müşahidə olunub.

Alimlər qeyd edir ki, istifadə olunan doza real həyatda insanın qəbul edəcəyindən çox olub. Amma bu, məsələni kiçiltmək üçün bəhanə deyil. Süni maddələrin təhlükəsizliyi illərdir müzakirə mövzusudur və bu tip işlər bir daha sübut edir ki, “kalorisiz şirinlik” heç də riskdən azad deyil.

Digər tərəfdən, kişilərdə sonsuzluq artıq qlobal problemə çevrilib. ABŞ-də cütlüklərin 15%-ə qədəri övlad sahibi ola bilmir və bu halların yarısında səbəb kişi faktoru olur. Üstəlik, 1970-ci illərdən bu yana sperma sayının 50%-dən çox azaldığı deyilir. Səbəblər çoxdur: stres, qidalanma, elektromaqnit şüalanma, siqaret, alkoqol və indi də bu tip süni əlavələr.

Yəni, indi “pəhriz saxlayıram, şəkərdən uzağam” deyə sevindiyiniz Splenda, bəlkə də, sizdən gələcək ata olma şansınızı da alır.

Məsələ təkcə şirinləşdirici ilə bağlı deyil. Bu, bizi əhatə edən süni qida əlavələrinin, pəhriz adıyla qəbul etdiyimiz maddələrin orqanizmə təsiri ilə bağlı daha böyük sual doğurur. Əgər bu tədqiqatın nəticələri təsdiqlənsə, sucralose təkcə qidalanma deyil, kişi sağlamlığı üçün də ciddi risk sayılacaq. Ona görə də məsələni “siçanlarda olub” deyib keçmək yox, ehtiyatı əldən verməmək lazımdır. Çünki belə görünür, bəzi şirinlər uzunmüddətli acı nəticələr verə bilər./milli.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://news24.az
archiveBu xəbər 24 May 2025 23:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri