Icma.az
close
up
RU
Bu dietik maddə kişiləri sonsuzlaşdırır Araşdırma

Bu dietik maddə kişiləri sonsuzlaşdırır Araşdırma

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yeni araşdırma süni şirinləşdirici "sucralose"un (tanınmış adıyla Splenda) kişi sonsuzluğuna təsir edə biləcəyini göstərib.

Milli.Az xəbər verir ki, bu barədə məlumat ABŞ-də çıxan Environmental Health Perspectives jurnalında dərc olunub.

Siçanlar üzərində aparılan təcrübə zamanı sperma keyfiyyətinin azaldığı, hormonal balansın pozulduğu və xayalarda toxuma zədələnməsi müşahidə olunub.

Alimlər qeyd edir ki, istifadə olunan doza real həyatda insanın qəbul edəcəyindən çox olub. Amma bu, məsələni kiçiltmək üçün bəhanə deyil. Süni maddələrin təhlükəsizliyi illərdir müzakirə mövzusudur və bu tip işlər bir daha sübut edir ki, "kalorisiz şirinlik" heç də riskdən azad deyil.

Digər tərəfdən, kişilərdə sonsuzluq artıq qlobal problemə çevrilib. ABŞ-də cütlüklərin 15%-ə qədəri övlad sahibi ola bilmir və bu halların yarısında səbəb kişi faktoru olur. Üstəlik, 1970-ci illərdən bu yana sperma sayının 50%-dən çox azaldığı deyilir. Səbəblər çoxdur: stres, qidalanma, elektromaqnit şüalanma, siqaret, alkoqol və indi də bu tip süni əlavələr.

Yəni, indi "pəhriz saxlayıram, şəkərdən uzağam" deyə sevindiyiniz Splenda, bəlkə də, sizdən gələcək ata olma şansınızı da alır.

Məsələ təkcə şirinləşdirici ilə bağlı deyil. Bu, bizi əhatə edən süni qida əlavələrinin, pəhriz adıyla qəbul etdiyimiz maddələrin orqanizmə təsiri ilə bağlı daha böyük sual doğurur. Əgər bu tədqiqatın nəticələri təsdiqlənsə, sucralose təkcə qidalanma deyil, kişi sağlamlığı üçün də ciddi risk sayılacaq. Ona görə də məsələni "siçanlarda olub" deyib keçmək yox, ehtiyatı əldən verməmək lazımdır. Çünki belə görünür, bəzi şirinlər uzunmüddətli acı nəticələr verə bilər.

İsmayıl
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 May 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see362

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see306

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see269

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see267

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see267

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see256

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see256

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see250

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see242

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see240

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see223

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see217

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see214

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see213

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see210

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see207

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see201

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see196

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see182

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri