“Bu dinamika TDT ni daha təsirli regional struktur kimi mövqeləndirə bilər”
Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) görüşü və qəbul olunan birgə bəyanat, təşkilatın formal platformadan daha çox funksional regional blok kimi formalaşmaq mərhələsinə keçdiyini göstərir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov söyləyib.
A.Nəsirov bildirib ki, xüsusilə iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri üzrə vurğular TDT-nin klassik mədəni-siyasi əməkdaşlıq çərçivəsindən çıxaraq daha çox geo-iqtisadi aktora çevrildiyini ortaya qoyur: “Trans-Xəzər dəhlizi, yaşıl enerji təşəbbüsləri və rəqəmsallaşma kimi istiqamətlərdə koordinasiyanın artırılması üzv dövlətlərin qlobal təchizat zəncirlərində rolunu gücləndirməyə hesablanıb. Bu isə o deməkdir ki, təşkilat artıq təkcə identik dəyərlər üzərində deyil, konkret iqtisadi maraqlar üzərində konsolidasiya olunur”.
Siyasi şərhçi diqqətə çatdırıb ki, digər tərəfdən, sənəddə təhlükəsizlik, geosiyasi çağırışlar və mövqelərin uzlaşdırılması ilə bağlı məqamların yer alması TDT-nin yumşaq əməkdaşlıq platformasından qismən siyasi koordinasiya mexanizminə doğru transformasiyasını göstərir: “Xüsusilə regional və qlobal risklər fonunda məsləhətləşmə mexanizmlərinin gücləndirilməsi təşkilat daxilində “strateji sinxronlaşma”nın formalaşdırılmasına xidmət edir. Azərbaycanın sədrliyi dövründə bu proseslərin intensivləşməsi isə Bakının TDT daxilində təşəbbüskar aktor kimi rolunu möhkəmləndirir və onu regionda körpü funksiyası daşıyan mərkəzə çevirir. Bu dinamika uzunmüddətli perspektivdə TDT-ni Avrasiya məkanında həm iqtisadi, həm də siyasi baxımdan daha təsirli regional struktur kimi mövqeləndirə bilər”.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 02 Aprel 2026 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















