Icma.az
close
up
RU
Ekspert: TDT nin beynəlxalq nüfuzu artır və daha təsirli qlobal platformaya çevrilir

Ekspert: TDT nin beynəlxalq nüfuzu artır və daha təsirli qlobal platformaya çevrilir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 13 oktyabr, AZƏRTAC

Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Görüşünü Türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirildiyinin dünyaya bəyan olunduğu, qarşılıqlı inam və etibarın, ortaq dəyərlərə və ideyalara bağlılığın ən yüksək səviyyədə ifadə edildiyi sammit kimi dəyərləndirmək mümkündür. Bu Zirvə Görüşü TDT-nin regional sülh və təhlükəsizliyin təmin edilməsində vacib geosiyasi güc mərkəzi kimi formalaşmaqda olduğunu göstərdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə söyləyib.

O bildirib ki, “Regional sülh və təhlükəsizlik” mövzusunda keçirilən görüşün açılış nitqində Prezident İlham Əliyevin çıxışı beş əsas məqamı ilə diqqət çəkdi.

“Birincisi, Vətən müharibəsində qazanılan tarixi Qələbə ilə “böyük Ermənistan” mifinin “real Ermənistan” həqiqəti ilə əvəzlənməsi kimi, dövlətimizin başçısı Qəbələnin qədim Qafqaz Albaniyasının paytaxtı olmasını vurğulayaraq “qədim Ermənistan” mifini də tam şəkildə ifşa etdi. Bununla həm Azərbaycanın qədim torpaqlarının tarixi-siyasi əhəmiyyətinə, həm də milli irsimizin regiondakı köklü varlığına diqqət çəkdi.

İkincisi, Prezident İlham Əliyev TDT-nin institusionallaşmasında Azərbaycanın aparıcı rolunu qeyd etdi. 1992-ci ildə türkdilli dövlətlərin ilk Zirvə Görüşündən 17 il sonra - 2009-cu ildə imzalanan Naxçıvan Sazişi ilə Türk Şurasının yaradılması, 2021-ci ildə isə bu qurumun Türk Dövlətləri Təşkilatına çevrilməsi proseslərində Azərbaycan hər zaman lokomotiv rolunu oynayıb. Azərbaycanın TDT Katibliyinə 2 milyon dollar vəsait ayırması da bu istiqamətdə real dəstəyin göstəricisidir. Bu, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinin Prezident İlham Əliyev tərəfindən bütün Türk dünyasını əhatə edən “vahid millət” ideyasına çevrildiyinin sübutudur. 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi bu siyasətin yeni mərhələyə yüksəlməsini təmin edib.

Üçüncüsü, Azərbaycan Prezidenti çıxışında qlobal təhdidləri nəzərə alaraq Türk dünyasında hərbi-texniki əməkdaşlığın gücləndirilməsinin, birgə hərbi təlimlərin keçirilməsinin vacibliyini vurğuladı. Bu, TDT-nin təhlükəsizlik ölçüsünün dərinləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Dördüncüsü, dövlətimizin başçısı qlobal nəqliyyat dəhlizlərinin, xüsusilə Şərq-Qərb marşrutunun türk dövlətlərinin iqtisadi inkişafının və geosiyasi çəkisinin artırılmasında əsas rol oynadığını qeyd etdi. Mərkəzi Asiyanı Avropa ilə birləşdirən bu dəhlizlər təkcə türk dövlətlərini deyil, bütövlükdə regionu və qlobal ticarət sistemini yeni geosiyasi mərhələyə daşıyır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi layihələrdən Transxəzər marşrutlarına qədər aparılan siyasət bu baxımdan Azərbaycan tərəfindən daha geniş miqyasda davam etdirilir.

Beşincisi, Azərbaycan Prezidenti dil birliyinin və mədəni həmrəyliyin türk dünyasının birliyinin təməl dayağı olduğunu vurğuladı. Zirvə Görüşünün yekununda qəbul edilən Qəbələ Bəyannaməsi “Türk Vizyonu – 2040” proqramının icrasına dair fəaliyyət planını təsdiqlədi. Nəqliyyat və enerji dəhlizlərinin inkişafı, Transxəzər marşrutunun gücləndirilməsi, Bakı–Tbilisi–Qars xəttinin modernləşdirilməsi və Zəngəzur dəhlizinin reallaşdırılmasına dəstək ifadə olundu. Beləliklə, “Zəngəzur dəhlizi” anlayışı türk dünyası tərəfindən legitimləşdirildi. Bundan əlavə, TDT İnvestisiya Fondunun səlahiyyətləri genişləndirildi, 2026-cı ildə birgə hərbi təlimlərin keçirilməsi razılaşdırıldı, “TDT+” formatı yaradılaraq təşkilatın tərəfdaşlıq imkanları artırıldı. Mədəniyyət və turizm, gənclik və könüllülük sahələrində əməkdaşlıq təşəbbüsləri təsdiqləndi”, - deyə Ş.Cəlilzadə vurğulayıb.

O əlavə edib ki, türk dövlətlərinin mövcud dil, din və mədəni birliyinin mərhələli şəkildə siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə real əməkdaşlıqla gücləndirilməsi TDT-nin beynəlxalq nüfuzunu artırır və onu daha təsirli bir qlobal platformaya çevirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri