Bu dövlətlər İsrailə qarşı sanksiyalardan İMTİNA ETDİLƏR KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Avropa İttifaqı (Aİ) Qəzza zolağında baş verən insan haqları pozuntuları ilə bağlı hesabat hazırlasa da, İsrailə qarşı sanksiyalardan yenə imtina edib.
KONKRET.az xəbər verir ki, bu barədə Fələstin Administrasiyasının xarici işlər naziri Varsen Ağabekyan-Çahine Euronews telekanalına açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, Aİ-nin hesabatında İsrailin Qəzza zolağına hücumu zamanı 38 insan haqları pozuntusu qeydə alınıb. Lakin buna baxmayaraq, Aİ-nin xarici işlər nazirləri bir gün əvvəl keçirilən görüşdə İsrailə qarşı sanksiyaların tətbiqi ilə bağlı razılığa gələ bilməyiblər.
Ağabekyan-Çahine bu mövqeni “şok və məyusedici” adlandırıb:
“Bu hüquq pozuntuları bütün dünyanın gözü qarşısında baş verir. Ümid edirəm ki, Avropa İttifaqı yeni bağlanmış müqavilənin icrasına nəzarət üçün tədbirlər görəcək, çünki müqavilə imzalanandan bəri insanlar öldürülməkdə davam edir – un, su, tibbi xidmət növbələrində belə,” – o, bildirib.
Məlumata görə, Almaniya, Avstriya, Polşa və Çexiya İsrailə qarşı tənqidi mövqedən çıxış etməkdən imtina edir, Almaniya və İtaliya isə Aİ qərarlarını bloklayır.
Ağabekyan-Çahine əlavə edib ki, Qəzzada fəaliyyət göstərən 300 ərzaq və yardım məntəqəsindən hazırda cəmi dördü qalıb.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 16 İyul 2025 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















