Icma.az
close
up
RU
Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.




Aydın Canıyev


Və yaxud Tanrının məsumiyyət bağçasından ağı-reportaj

Biz Ağanın qapısındakı toydan-düyündən, çal-çağırdan xəbər tutmadıq ki!

Biz Ağanın qapısında vaxtsız və erkən səslənən mərsiyə-ağılarda - vida nəğmələrində xor oxuyanlardan da olmadıq!

Hamısı və hər şey o qədər vaxtsız və erkən oldu ki... çatdıra bilmədik!

Fəqət o qədər çox oldu ki... heç olmasa, bir dəfə iştirak etmək növbəsi hamımıza çatdı!

“Qonşunun evində çalınan halva öz evində çalınana qədər şirin gələr” – dərdə ortaq ola bilməyənlərə eşitdirilən acıdır!

Biz nə qədər “Ya Hu! Allah! Nuh! Peyğəmbər!” desək də, heç birimizin içində (və ya milyondabir istisna olmaq şərtiylə) “qonşuda çalınan halva”nın acısını dadmaq, duymaq ərdəmi yoxdur!

Rus yazıçılarından gəlmə fəlsəfi fikirdir: “əgər canın ağrıyırsa, hiss edirsənsə, adamsan, əgər ayrısının canı ağrıyırsa, hiss edirsənsə, insansan!”.

Hə-ə, hər adam adamdır, hər adam insan deyil amma! Amma elə... seyidlər (məhz SEYİDlər!) var ki, onların varlığı, yaşantıları, müsibətləri, fəzilətləri sıravi, öləri adamların... həm də insanlıq sifətini üzə çıxarır!

Ayın 18-də (əslində isə ayın 17-si axşamdan) baş verən İlahi təqdir həmin o insanlıq sifəti ilə Seyid müqəddəsliyinin sintezi idi: Sumqayıt qəbristanlığı dörd başdaşı ilə şahidlik edirdi!

Əgər Qiyamət günü (elə indi də başqaları, əsasən də bilginlər) məndən soruşsalar ki, sənin Tanrının məsumiyyət bağçasından xəbərin var idimi, görmüşdünmü, düşünmədən qarşısında durduğum dörd başdaşını göstərərdim və ƏLAVƏ EDƏRDİM: Həbibullah Məhəmməd peyğəmbərin nəvəsi imam Hüseyn və onunla birgə qətl edilən 72 şühəda!

Onlar... cənnət cavanlarının ağası imam Hüseynin məsumiyyət bağçasının əbədi sakinləridir!

Mən belə bilirəm.

Bildiklərimdən biri də odur ki, Fatimeyi-Zəhra bu dünyayla vidalaşarkən demişdi: “Mənim başıma gələnlər gündüzün başına gəlsəydi, ətrafı zülmət bürüyərdi!”

Fatimeyi-Zəhra bu sözləri hələ iki imam övladının – seyid balalarının və şəcərəsinin igidlərinin qətl edilməsini görməmişdən 48 il öncə demişdi... cəmi 28 il yaşadığı həyatda!

Peyğəmbər atası hər türlü saçma-sapana məruz qalanda, əmi və əmidostuların düşmənçiliyinə tuş gələndə, tayfa-əşirət davalarına sürüklənəndə, silahdaşlarının Tanrını nəfsləriylə tarac edəndə və... qardaşlarını - Abdullah ibn Məhəmməd, Qasım ibn Məhəmməd, İbrahim ibn Məhəmməd - dünyadan vaxrsız və erkən yola salanda!

Tanrı özünə bir məsumiyyət bağçası yaratmış demək... İslamı bu dünyaya qiyamət gününə qədər ədəb-ərkan, yaşam anayasası vacib biləndə!

Seyid Mirmahmud Mirəlioğlu ilk dəfə övlad vidasına eynən Seyid Babası – həzrəti-Məhəmməd peyğəmbər kimi, tayfasına-əşirətinə, yəni, indiki dillə desək, ölkəsinə, xalqına yeni din – azad və müstəqil ölkə gətirəndə tuş oldu: 5 yaşlı Müşfiqi Azərbaycanın Müstəqillik Aktı qəbul olunan günü “avtomobil qəzası”yla qətl etdilər!

11-ci sinif şagirdi olan oğlu Mircəlil Fəttayev 2009-cu il oktyabrın 2-də, 28 yaşlı qızı Mahirə Fəttayeva 11 iyun 2012-ci ildə ürək çatışmazlığından bu dünyaya və bizlərə “salamat qalın”, - deyə vida etdilər!

Hələ bunun üstündən də 2016-cı ildə cavanca bacısı oğlunun qəbri üstündə durmalı oldu: adı Ümid olsa da, heç nəyə ümid saxlamadan köç edən gənc!

Mən Tanrının məsumiyyət bağçasını – imam Hüseynin qəbrini ziyarət edə bilməsəm də, Sumqayıtdakı qəbristanlıqda bənzərini-oxşarını gördüm və imam Hüseynin qəbri üstündə yaşaya biləcəyim hissləri yaşamış saydım özümü!

Başdaşılarına nəzər salanda məni ehtizaza gətirən, tüklərimi biz-biz saxlayan bir məqam oldu: eynən peyğəmbər qızı ilə eyni yaşda və təxminən də eyni acılarla yaşayıb dünyadan köçmüş qızına Seyid qeyri-ixtiyari müraciətlə “Ata hələ də gəlmədi yanına, qızım!” deməyinə görə!

Peyğəmbər dünyadan köçəndə özünə yer tapmayan qızını yanına çağırmış, qulağına pıçıldamışdı: “Özünü üzmə, qızım, mənimlə ən tez görüşən sən olacaqsan!”

Fatimeyi-Zəhra gülümsəmişdi, hamı heyrət etmişdi: Peyğəmbər ata ölür, amma qızı üzünə gülür!

Mirmahmud Ağa – Seyid bu sözləri başdaşına müraciətlə qeyri-ixtiyari deyəndə mən bir daha ilkin qənaətlərimin doğruluğuna - Seyidin bu dünyaya Seyid kimi gəlib, Seyid olaraq da yaşadığına əmin oldum!

Tanrının məsumiyyət bağçasında məni daha bir fakt... fakt qarşısında qoydu!

İmam Hüseyn qətl edilənəcən artıq gözlərində yaş qalmamışdı.

Muxtar Səqəfi düşmənlərini qətl edəndə bir-bir sorğulamışdı hamısını, biri qayıtmışdı ki, artıq körpələr öldürüləndə onun gözlərindən yaş yox, qan gəlirdi!

Mən Seyidin gözlərini qan içində gördüm və yadıma düşdü ki...

Seyidi və ailəsini tanıyan və həm də müqəddəs olaraq sevən rəhmətlik çanaxbulaqlı Şükür Səlimxanlı mənə danışıb: “Kəndimizdə bir cavan ölmüşdü. Aparıb dəfn edib evə qayıdınca, adam dirilib gəlmişdi. Kəfənin içində adamı görüb üstünə cummaq istəyən kənd camaatını birtəhər-bircür sakitləşdirib anlatmışdı ki, məni dəfn eləyən kimi, analığım – ögey anam ağpaltarlıların, nurani varlıqların qarşısında özünü başladı yerə çırpmağa, saçını yolmağa, üzünü cırmağa, mənim cavan olduğumu, onsuz da bir gün görmədiyimi, zülüm içində yaşadığımı çatdırdı onlara. Bir ağpaltarlı, nurani varlıq mənə baxıb dedi ki, bunu qaytarın, bunun gözlərində hələ imam Hüseyn üçün axası xeyli yaş var! Sonra mənə kömək edib qəbirdən çıxartdılar”.

Bu məqam Sumqayıtdakı Tanrının məsumiyyət bağçasında Seyidin qıpqırmızı qızarmış gözlərinə baxanda yadıma düşdü!

Tanrı məsumiyyət bağçası yaradandan o bağçanı insanların göz yaşı ilə sulayır... imam Hüseyndən və şəcərəsindən başlayaraq!

ÇÜNKİ Seyidlər... bu dünyada yaşadıqları müddətcə başlarına gələn bütün müsibətlərə rəğmən, gözlərinə qan gəlsə belə, Tanrıya asi olmayanlardır!

Mən bu dünyada şəcərəsinə-soyuna sadiq bir Seyid gördüm! O Seyidə görə də Tanrının məsumiyyət bağçasını göz yaşları ilə sulayan insan selini – həmin gün Sumqayıtdakı qəbristanlıqda göz yaşını axıdanlar o qədər çox idi ki, mənim gözümdən az yaş axdığına görə, ürəyim sıxıldı!

Sözlə ağladım... Seyidi!


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 22 Dekabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see223

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see142

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see138

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see133

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri