Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Seyid ocağına qurban verilən körpə

Seyid ocağına qurban verilən körpə

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kubra Məhərrəmova yazır...

Azərbaycanda elə hadisələr baş verir ki, çox vaxt deməyə söz tapmırsan. Və sözün düz olanda belə, cəmiyyət üstünə elə şığıyır ki, düşünürsən, sən demə, "korlar diyarında görmək ayıb iş imiş".

Boşanmış, 35 yaşında qadın hər hansı bir kişi ilə qeyri-rəsmi nikahda yaşasa, hamımız bilirik ki, bütün el-oba o qadına hansı adı qoyacaq.

Amma 15-16 yaşında qız özündən 10-15 yaş böyük kişi ilə, özü də kənd-rayon yerində yaşasa, bunun adı olacaq "nənəmiz də o yaşda ərə gedib də".

Sonrasını da bilirsiniz. Bir uşaq doğur nikahdan kənar, sonra el içində qəbul olunan ər (çünki hüquqi baxımdan ər deyil, nikah yoxdur) bu 16 yaşlı arvaddan ya bezir, ya həddi-büluğa çatmamış gəlinlə bir evdə yaşamağın nə olduğuna dözmür, qoyub gedir uzaq ölkələrə, ya da Bakıya. Əlinə üç-beş manat pul düşəndə də "Instagram"da, "TikTok"da min hoqqadan çıxır.

Qayınana-qayınata yanında qalan 16 yaşlı, təzə ana olmuş gəlin isə qucağında körpəsi ən yaxşı halda qaçır ata evinə. Səbəblər isə müxtəlifdir. Ya qayınana ilə yola getmir, ya baldız döyür və s.

Ata evi də qəbul edər, ya etməz - bu başqa məsələ. Çox hallarda bu gəlin-qızlar üz tuturlar Bakıya. Təhsil və ya peşə biliyi olmadığı üçün də ən geniş yayılmış xidmət sahəsində işləməyə çalışırlar. Restoran-kafelərdə müxtəlif işləri görür, qab yuyur, ofisiantlıq edirlər və s.

Burada da seçim qarşısında qalırlar: ya 10-12 saat ağır fiziki əməklə məşğul olmaq, ya da 16-17 yaşın gözəllik və təravətindən "istifadə" edərək, qeyri-qanuni xidməti daha baha qiymətə müştərilərə satmaq. Bu məqamda da iki versiya inkişaf edə bilər - ya narkotik, alkoqol aludəçisinə çevrilmək və həyatını tam məhv etmək, ya da bir gün gücünü toplayıb o yoldan çıxmaq. Və unutmuruq ki, bu gənc qadının (adam yaşına görə qadın da deyə bilmir) bir körpəsi də var.

O uşaq xəstədirsə, deməli, televiziyalara, sosial şəbəkələrə çıxıb, uşağın müalicəsi üçün yardım istəyəcək. Yox, əgər fiziki cəhətdən sağlamdırsa, bütün bu yaşananlar onu psixoloji cəhətdən xəstə edəcək. Nəticə: iki nəfər, gənc ana və körpəsi artıq bədbəxtdir. Maddi, mənəvi, psixoloji köməyə ehtiyacları var.

İndi bu uçurumun qabağından ikicə il geri qayıdaq - yəni "evlilik"dən ayrılığa qədər olan dövrün başlanğıcına.

15 yaşındakı qıza təhsil, ən azı, baza bilikli peşə bacarığı verilsəydi və erkən yaşında özündən böyük kişiyə peşkəş verilməsəydi, yəqin ki, həyatının ssenarisi fərqli olardı.

Bu barədə çox yazmışıq, çox danışmışıq. Amma görünən odur ki, illər keçdikcə vəziyyət daha da qəlizləşir.

Son günlər Sabirabad rayonunda 16 yaşlı gəlinin həyat yoldaşı tərəfindən qətlə yetirilməsi ilə bağlı ən müxtəlif versiyalar səslənir. Biri deyir, qız qoşulub qaçıb, o biri deyir, yola getmirdilər və s.

Bütün bunların artıq 16 yaşında həyatını itirən Nuranə üçün fərqi yoxdur. Adam qətlə yetirilib, sonra da cəsədi əri tərəfindən Kür çayına atılıb. İzi itirmək məqsədilə.

Məni bu məsələdə incidən və daha çox narahat edən ayrı bir məqam oldu.

Bizim cəmiyyətdə qəbul olunmuş faktdır ki, qızın atası söz sahibidir. Qız qaçsa da, qaçmasa da, son qərarı, adətən, ata verir.

Və bu hadisədə Nuranənin atasının dediyi sözlər meydana əsl həqiqəti çıxardı. Ata iddia edir ki, qızını qaçandan sonra geri qaytarmaq istəyəndə oğlan tərəfi onları ağır seyid olduğuna inandırıb və onu qızı geri aparmaq fikrindən daşındıra bilib. Açar söz "seyid ocağı", "ağır seyidik". Yəni cəmiyyətin əksəriyyəti üçün ölkənin və dövlətin qanunları deyil, dini məqamlar önəmlidir. Deməli, bu bir daha sübut edir ki, insanların əksəriyyəti qanun və qaydaları bir "seyid ocağına" görə tapdalayıb keçər.

Amma mən nədənsə əminəm ki, içində əsl Allah sevgisi olan adam belə manipulyasiyadan istifadə etməz, Allahın buyurduğu qanunlarla hərəkət edər. Nə qədər heyifsilənsək də, beləliklə, bir ata 15 yaşında körpəni ağır seyid ocağına qurban verir. Və bu addımına haqq qazandırır.

Hadisələrin növbəti inkişaf səviyyəsi isə toy olub. El adəti ilə toy ediblər. Toy videosunda da görünür ki, hərə əlinə bir telefon alıb, yeni cütlüyün "şampan" mərasimindən epizodlar çəkir. Biri də demir ki, burada qeyri-qanuni hadisə vaqe olur. Yeniyetmə adam ərə gedir. Lap tutalım, qızın başına hava gəlib, tutdurub ki, ərə gedəcəyəm. Bəs bu el-oba, cəmiyyət, bığıburma əmilər-dayılar, ağbirçək ana-nənələr, yəni heç kimin ağlına gəlmədi ki, bu doğru deyil? Yoxsa nikah məsələsi hələ də cəmiyyət üçün qeyri-ciddi mövzudur?

Yəni heç kim düşünmür ki, bu izdivac bir uşağın cinsi istismarı və cinsi zorakılığı deməkdir? 2009-cu il təvəllüdlü bir uşaq...

Sonra da deyirlər, niyə bu qədər boşanma var?

Bilirəm ki, Nuranə kimi bu gün Azərbaycanda minlərlə "gəlin" var. Seyid ocağına, pul ocağına, ad-san ocağına mütəmadi olaraq bir qız uşağı qurban verilir.

Belə şeyləri görəndə düşünürsən ki, bəlkə də, ana bətnində qız övladını tələf edən analar elə düz edirlər? Bəlkə də, kimin üçünsə bu hadisə adidən də adidir. Üstündən su içiləcək qədər adi. Mənə isə elə gəlir ki, meyitinin suya atılmasına baxmayaraq, Nuranənin məzarı od tutub yanır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 May 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see624

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see437

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see325

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see316

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see240

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see232

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see230

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see213

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see211

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see211

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see210

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see202

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see195

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see187

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see186

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see184

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see182

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see180

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see175

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri