Bu əməliyyat qeysəriyyə ilə birlikdə edilə bilməz Həkimdən ETİRAZ
Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"İnsanlar düşünür ki, elə əməliyyat olmuşkən, iki əməliyyatı bir yerdə etdirsinlər. Biz həkimlər sadəcə istəklərə və özümüzün beynimizdə qurduğumuz mülahizələrə əsaslana bilmərik. Hər işin öz qayda-qanunu olduğu kimi, tibb elminin də insanlara faydalı olmağa xidmət edən və illərlə davam edən elmi çalışmalara əsaslanan qayda-qanunları vardır. Altından xətt çəkərək deyirəm ki, tibb elminin insanlara faydalı olan və faydalı olduğu elmi şəkildə əsaslandırılan qayda-qanunlar var".
Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış həkim Rəşad Sultan deyib.
O bildirib ki, bu məsələdə “mən düşünürəm ki, belə olmalıdır,” kimi fikirlər keçərli deyil:
"Necə ki, maşın sürərkən yol hərəkəti qaydalarına əsaslanmalıyıq, eynilə tibbdə də tibb elminin qaydalarına əsaslanmaq lazımdır. Xəstə çox şey istəyə bilər. Bəs məsələdə tibb elmi nə deyir?
Aparılan araşdırmalar onu göstərir ki, sırf abdominoplastikanın (qarın gərmə əməliyyatının) qeysəriyyə ilə birlikdə edilməsi tövsiyə olunmur. Birincisi, qarın hamiləlik zamanı böyüyür, ancaq 6 ay sonra o qarın onsuz da kiçiləcək. İkincisi, hər əməliyyat kimi abdominoplastikanın da ağırlaşmaları var və statistika göstərir ki, qeysəriyyə əsnasında edilən abdominoplastikalarda ağırlaşmalar daha çox olur. Ona görə də alimlər, dünya elmi tövsiyə edir ki, həm qərar vermək, həm də əməliyyatı icra etmək üçün qeysəriyyə əməliyyatından sonra ən azı 6 ay gözlənilsin".
Qeysəriyyə əməliyyatı əsnasında abdominoplastika edilməsi məsləhət görülmür, doğru deyil. Başqa əməliyyatlara isə ümumiyyətlə, yer verilməməlidir.
Qeyd edək ki, son dövrlər qeysəriyyə əməliyyatı zamanı digər prosesləri etdirənlərin də sayı artıb. Bu baxımdan həkimlər arasında kəskin fikir ayrılığı var.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:25.05.2025 Azərbaycanda doğuş bumu Həkimdən etiraz: “Özlərinə hörmət etmirlər”
24 May 2025 12:15
Nərmini o həkim əməliyyat etməyibmiş Baş həkimdən sensassion AÇIQLAMA
19 Dekabr 2024 15:08
“Xəstə əməliyyat üçün Qüdrət Həsənquliyevdən icazə alacaq?” Həkimdən AÇIQLAMA
31 May 2025 10:31
Uğursuz əməliyyat keçirən Mənzurə həkimdən pulunu geri alacaq? VİDEO
01 Mart 2025 00:07
Həkimdən iddia: Xərçəng irsi OLA BİLMƏZ
31 Yanvar 2025 21:42
Baxış sayı:62
Bu xəbər 24 İyun 2025 16:18 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları