Icma.az
close
up
RU
“Xəstə əməliyyat üçün Qüdrət Həsənquliyevdən icazə alacaq?” Həkimdən AÇIQLAMA

“Xəstə əməliyyat üçün Qüdrət Həsənquliyevdən icazə alacaq?” Həkimdən AÇIQLAMA

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

"Həkimlər xüsusilə özəl tibb müəssisələrində çox işləyirlər".

Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Qüdrət Həsənquliyev bildirib ki, özəl tibb müəssisələrində həkimlər axsam saat 6-ya qədər xəstə qəbul edir, bundan sonra əməliyyat edirlər:

“İş vaxtından sonra yalnız təcilidirsə, həkimə əməliyyat etməyə icazə verilsin. Amma həkimlər bütün əməliyyatları saat 6-dan sonraya salır. 8 saatdan sonra adamın işdə səhv etmə ehtimalı artır. Bu, qadağan olunmalıdır. İcbari tibbi sığortadan sonra həkimlərə deyilir ki, yalnız hansı xəstəlikdən şübhələnirsənsə, şəxsi o sahəyə icbari tibbi sığorta çərçivəsində yoxlanışa göndərə bilərsən.

Həkimlərə icazə verilmir ki, lazım olan analizlərə xəstə göndərilsin. Xüsusilə terapevtlərə cəmi 2,7 manat sığorta pulundan vəsait qalır. Bu kifayət qədər az vəsaitdir”.

Doğrudanmı həkimlərə belə qadağalar var? Həkim səhvləri iş yükünün çox olması və iş saatından sonra aparılan əməliyyatlarıa  bağlıdır? 

Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırovun fikrincə, səhiyyə sistemini yaxşı tanımayan insanlar elə bilirlər ki, cərrahlar səhərdən axşama qədər oturub xəstə qəbul edirlər.

O qeyd edib ki, səslənən fikirlər tamamilə yanlışdır:

“Heç bir cərrah saat 18:00-dan sonra əməliyyat etmir. Ümumiyyətlə, bu fikirlər absurddur. Maraqlıdır, bu fikirlər insanların ağlına haradan gəlir?

Birincisi, cərrahların özlərinin əməliyyat günləri var və əvvəlcədən müəyyən olunur. Əksər hallarda planlı əməliyyatlar həftənin ikinci və beşinci günləri həyata keçirilir. Cərrahlar səhərdən axşama qədər xəstə qəbul edib sonra əməliyyata keçmirlər. Heç kim evindən bezməyib ki, saat 6-dan sonra əməliyyat eləsin. 

Belə fikirlər cəmiyyətdə həkimlərə qarşı mənfi rəy formalaşdırır. Deyirlər ki, bax, bu deputat düz deyir, həkimlər yorğun halda əməliyyat aparır, ona görə də səhv edirlər. Amma nə dövlət, nə də özəl tibb müəssisələrində belə hallara yol verilir. Özəl klinika belə bir şey etsə, bu, ciddi bir məsuliyyətdi”. 

Həkimin sözlərinə görə, özəl tibb müəssisələrində həkimlər axsam saat 6-dan sonra sonra əməliyyat etmirlər: 

“Ümumiyyətlə, cərrahi xəstələr iki qrupa ayrılır. Bunlardan biri təcili xəstələr, digəri isə planlı. Planlı əməliyyat üçün əvvəlcə xəstə analizlər verir, şikayətləri əsasında müayinə olunur, sonra isə şikayətlər əsasında əməliyyatın vacibliyi müəyyənləşdirilir. Əgər əməliyyat vacibdirsə, xəstəyə “filan gün əməliyyat günüdür, gəl” deyilir.

Təcili xəstələr adətən dövlət xəstəxanalarına üz tuturlar. Çünki özəl klinikaya təcili xəstə daxil olanda, onu dərhal əməliyyata almırlar. Onu əvvəl reanimasiyaya yerləşdirirlər. Reanimasiya üçün ondan hardasa 4000 manata qədər pul alırlar. Çox adamın o pulu verməyə imkanı yoxdur. Ona görə də “özəldə təcili əməliyyat edirlər” fikri absurddur. 

Çox nadir hallarda axşam saatlarında təcili əməliyyat olunmalı şəxslər dövlət klinikasına üz tutmaq istəməsə,  özələ gedər. Belə hallarda əməliyyat vacibdirsə, cərrah evdən çağırılır, əlavə ödəniş edilir və həkim xəstəni müayinə edir. Əgər xəstə həqiqətən də ağır vəziyyətdədirsə, onu mütləq əməliyyat edirlər. Yəni, əgər xəstə təcili vəziyyətə uyğun gəlirsə, gedib Qüdrət Həsənquliyevdən icazə alacaq ki, icazə verin məni əməliyyat etsinlər?

Həkimlərin işini bilmirlər, gülməli söhbət edirlər".

Rasif Bağırov qeyd edib ki, bəzən xəstənin şikayəti kənarda qalır:

“Sığortaya gəlincə isə əvvəllər belə məsələ vardı. Xəstə terapevtə müraciət edirdi, lakin onun şikayətləri bir kənarda qalırdı. Şikayətini edəndən sonra bir də görürdün ki, həkimlərin stolunun üstündə konkret bahalı analizlərin siyahısı var.

Həkimlər həmin bahalı analizləri yazırdılar ki, sığortadan daha çox pul ayrılsın. Sonra da xəstə bəzən cavabı belə alıb həmin həkimin yanına qayıtmırdı, çünki çoxları poliklinika həkiminə getmək istəmir, hamı özəl klinika həkimlərinə üstünlük verir.

Eşitdiyimizə görə, bir dövr xəstələri MRT müayinəsinə ümumiyyətlə, göndərmirdilər. Niyə? Çünki MRT müayinəsinə göndərirsən, nəticəsi dediyin diaqnoz çıxmasa, sənin pulundan tutulacaq. Beləliklə, qorxudan heç kim xəstəni MRT-yə göndərmirdi. Yəni, mən bunu MRT-yə ona görə göndərirəm ki, görüm diaqnoz düz, yoxsa səhv çıxır. Şübhələnirəm və diaqnozu təsdiq etmək üçün göndərirəm. Çıxmadı, çıxmadı da. Bu, o demək deyil ki, göndərirəmsə, mütləq nəsə çıxmalıdır. Belə boşluqlarla həkimləri bir az sıxışdırırlar. Həkim bəzən şübhə əsasında MRT istəyir. Əgər nəticə çıxmazsa, bu, o demək deyil ki, həkim səhv edib”.

Həkim vurğulayıb ki, hazırda analizlər yalnız şikayət əsasında yazılır:

“Hazırda bu məsələni tənzimləmək üçün analizlər yalnız şikayət əsasında yazılır. Şikayət əsasında ona görə ki, orada bahalı analizlər verilir. Amma bütün xəstələrin vəziyyəti eyni olmur. Ucuz analizlərlə xəstənin şikayəti həll olunursa, niyə o qədər bahalı analizləri versin? Ola bilər ki, xəstənin şikayəti azdır, amma həkim ehtiyat məqsədilə daha geniş analizlər yazır. Bu analizlər bəzən ciddi xəstəlikləri vaxtında aşkarlamağa kömək edir.

Amma əslində yazılan o analizlər həkimlərə kömək olur. Bir də görürsən ki, gözlənilmədən kimdəsə xəstəlik çıxır. Həmin xəstəliklə bağlı işlər görməyə başlayırsan. Çünki xəstəliklərin klinik əlamətləri çox vaxt bir- birinə oxşayır. Ona görə yoxlanmanın problemi yoxdur. Adətən xəstələr İrana gedəndə də həmişə fikir verirdim ki, onlarda bütün analizlər yoxlanır. Bu da xəstəyə diqanoz qoymaq üçün həkimə kömək olur.  

Poliklinikada çalışan həkimlərə sığortadan çox cüzi miqdarda pul qalır. Məsələn, eşitdiyimə görə, terapevtin bir xəstəyə baxmasına görə 80 qəpik verilirdi. Deyəsən, indi bu məbləğ 2 manat 70 qəpik olub, amma yenə də azdır. Adətən xəstələr indi poliklinikalara analiz verməyə və müayinələrdəndən keçməyə gedirlər, amma bu, həkimlərin maaşına ciddi təsir göstərmir”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 May 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri