Icma.az
close
up
RU
Bu əməliyyat terror törətmək istəyənlərə ciddi mesajlar verdi AÇIQLAMA

Bu əməliyyat terror törətmək istəyənlərə ciddi mesajlar verdi AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən birgə radikal dini-ekstremist qruplaşma üzvlərinə qarşı görülən tədbirlər nəticəsində 8 nəfər zərərsizləşdirilib, 6-sı həbs edilib. Onların Qusar rayonu ərazisində terror aktları hazırlamaları, həmin rayonun Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri təsbit olunub.

Bəs bu qrupun arxasında hansı qüvvələr dayanır və vaxtında tədbirlər görülməsə hansı təhlükələr yarana bilərdi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin birgə keçirdikləri əməliyyat nəticəsində bir qrup terrorçunun zərərsizləşdirilməsi hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyi baxımından fövqəladə əhəmiyyətlidir: 

"Çünki terror hər yerdə ən qəddar faciə törətməyə qadirdir və çox təəssüf ki, bu günə qədər əksər hallarda dünyanın müxtəlif ölkələrində terror baş verdikdən və insanların faciəsi qaçılmaz olduqdan sonra biz xəbər tuturuq. Amma çox qürurvericidir ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti terror baş vermədən öncə anbarı aşkar edib, onlara qarşı birgə xüsusi əməliyyat müəyyənləşdirilibdir və onlar zərərsizləşdiriliblər. Bu, bir daha bizim Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin nə qədər peşəkar bir əməliyyat həyata keçirdiyinin göstəricisidir. Bu, həm də nəticə etibarilə Azərbaycan dövlətinin, xalqımızın təhlükəsizliyidir. Biz bilirik ki, bəzi radikal-siyasi mərkəzlər terror təşkilatlarını yaradaraq, onlardan öz siyasi məqsədlərini həyata keçirmək üçün istifadə edirlər. Azərbaycana münasibətdə də belə olubdur. Biz hələ 1990-cı illərin əvvəllərindən başlayaraq, hətta Bakı şəhərində belə terror hadisələrinin törədildiyinə şahid olmuşuq. Xatırlayırsınızsa, "meşə qardaşları" vaxtilə Bakı metropolitenində də terror hadisəsi törətmişdilər".

Deputatın sözlərinə görə, bu birləşmələrin arxasında Azərbaycanın güclü olmağını və regionda sabitliyi istəməyən qüvvələr dayanır.

"Bunların arxasında kim durur məsələsinin cavabı bir variantdan ibarət deyil. Bunun çoxsaylı cavabları var. Birincisi, Azərbaycanın yaratdığı yeni reallığı qəbul etmək istəməyənlər, güclü Azərbaycanı görmək istəməyənlər və Azərbaycanda sabitliyi pozmaq istəyənlər bu terrorun arxasında dura bilərlər. Biz təqribən bilirik bu mərkəzlər kimdir. Elə kimin dura biləcəyi ilə bağlı subyektləri sadalayanda bəlli olur ki, kim Azərbaycanın güclü olmağını istəmir, kim regionda sabitliyin pozulmağını istəyir. Belə qüvvələr həm Qərbdə var, bunların başında erməni lobbisi, dünya erməniçiliyi və islamofob mərkəzlər gəlir. Belə qüvvələrin başında, eyni zamanda bizim iki gündən bir ərazi bütövlüyümüzü, sərhəd təhlükəsizliyimizi təhdid edən qonşu ölkələrimizdən biri gəlir. Ona görə də mən düşünürəm ki, "meşə qardaşları" terrorçu qruplaşmasının arxasında kimin durduğuna bağlı konkret fikirlər səsləndirmək, bəlkə doğru olmazdı, bəlkə heç lazım da deyil. Amma bütün hallarda o mərkəzlərin hər biri bir daha gördülər ki, Azərbaycan təhlükəsizlik orqanları necə əməliyyat həyata keçirməyi bacarırlar və düşünürəm ki, bu əməliyyatın bir də bir xüsusi əhəmiyyəti ondan ibarətdir ki, terror törətməyə cəhd göstərən hər hansı bir qruplaşma və yaxud hər hansı bir kəs öz aqibətini görsün ki, hansı şəkildə olacaq", - deyə H.Babaoğlu vurğuladı.

Türkan İSGƏNDƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Fevral 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri