Icma.az
close
up
RU
Bu əməliyyat yalnız azərbaycanlılara qarşıdır AÇIQLAMA

Bu əməliyyat yalnız azərbaycanlılara qarşıdır AÇIQLAMA

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


"Kremlin nəzarətindəki jurnalistlərə yeni “tezis” verilib. “Tezisin” mahiyyəti budur ki, Yekaterinburqda öldürülənlər azərbaycanlı olsalar da, Rusiya vətəndaşıdırlar. Bu “tezisin” davamında bir ağızdan bu sualı səsləndirirlər: “Rusiya vətəndaşlarının həbsinin və onların öldürülməsinin Azərbaycana nə aidiyyatı var?” Yəni demək istəyirlər ki, Azərbaycan Yekaterinburqdakı hadisəyə reaksiya verməklə Rusiyanın daxili işlərinə qarışıb."

Bakupost.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib:


"Birincisi, nə hikmətdirsə, Yekaterinburqda 27 iyunda həbs olunan, işgəncə görən və öldürülən Rusiya vətəndaşlarının hamısı azərbaycanlıdır. Deməli, bu məhz Rusiya vətəndaşı olan etnik azərbaycanlılara qarşı əməliyyat olub. Buna susmaq olmazdı. Deyirlər ki, həbslər 25 il əvvəlki kriminal hadisəylə bağlı olub. Bəs onda həbs olunanların əksəriyyətinə işgəncə verəndən, döyəndən sonra niyə sərbəst buraxıblar? Deməli, “kiriminal hadisə” bəhanədir.

İkincisi, Kreml ruporları “Azərbaycan Rusiya vətəndaşları olan azərbaycanlıların məsələsinə qarışmamalıdır” prinsipindən çıxış edirsə, özü niyə müxtəlif dövlətlərdə rusdilli əhalinin qorunması vacibliyindən danışır? Krımın ilhaqı və Ukraynaya qarşı işğalçı müharibə məhz “rusdillilərin qorunması” bəhanəsi ilə başlayıb. Halbuki, Kremlin istinad etdiyi həmin rusdillilər Ukraynanın vətəndaşları və ciblərində Ukrayna pasportu daşıyanlar idi. Kiyev də eyni arqumentən çıxış edərək sual səsləndirə bilər ki, “Ukrayna vətəndaşı olan rusların Kremlə nə dəxli var, daxili işimizə niyə qarışırsınız?”.

Kreml başqa “tezis” də ortaya atıb: “ Kiyev Azərbaycanla Rusiyanın arasını vurur”. Deməli, Rusiya mülki təyyarəmizi raketlə vurub, insanlarımızı öldürüb, daha sonra Yekaterinburqda soydaşlarımızı qətlə yetirib, bunlara görə üzr istəmək və günahkarları cəzalandırmaq əvəzinə Kiyevin guya Bakı ilə Moksvanın arasını vurduğunu iddia edir. Rusiya Prezidenti Vladimir Putinin etmədiyini Ukrayna Prezidenti Volodimir Zelenski edib, azərbacanlı həmkarı İlham Əliyevə zəng edərək başsağlığı verib. Kiyev ara vurmayıb, Azərbaycana siyasi və mənəvi dəstəyini ifadə edib."

Aysel,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 02 İyul 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri