Icma.az
close
up
RU
Bu əmlakları almaqdan qaçın! ALICISI YOXDUR KONKRET

Bu əmlakları almaqdan qaçın! ALICISI YOXDUR KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda daşınmaz əmlak bazarında son illərdə milyon manatlarla qiymətləndirilən lüks villalar daha çox diqqət çəkməyə başlayıb. Bu mülklər, xüsusilə, şəhərin prestijli ərazilərində yerləşərək dəbdəbəli dizaynları, geniş sahələri və bahalı təmir materialları ilə seçilir.

Bəs əmlak bazarında bu cür lüks villalara tələbat nə qədərdir? Belə bir villanı almaq maliyyə baxımından sərfəlidirmi və ya sadəcə status göstəricisidir?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri Vüqar Oruc bildirib ki, bu tip villaların alıcıları olduqca azdır:

“Bu tip villalar çox böyük məsrəflərlə başa gəlir. Həm torpağın qiyməti, həm də üzərindəki tikintinin xərci çox böyük məbləğlərin sərf olunduğunu göstərir. Bu tip villaları satış məqsədi ilə tikmək əlverişli deyil. Çünki zövqlər fərqlidir və vətəndaşlar həmişə çalışır ki, boş torpaq sahəsi olsun və öz zövqlərinə, büdcələrinə uyğun tikinti işləri aparsınlar. Belə tikililərin bazarda likvid olmadığını hamımız bilirik. Yəni onların alıcıları çox deyil. Bazarda sırf bu tip villaları satmaq üçün tikənlər də azdır. Hazırda daşınmaz əmlak bazarında villa satışı ciddi faktora malik istiqamət deyil. Mövcud yaşayış üçün minimal tələbləri qarşılayan, öz təmiri və komfortu ilə seçilən kiçik həcmli tikililər daha məqsədəuyğundur. Çünki insanlar həmin evlərdə bütünlüklə ömrünü keçirmir və yalnız yay aylarında müvəqqəti yaşayış məkanı kimi istifadə edirlər. Hər zaman bağ sahələrində daimi yaşayış istisna olub”.

Vüqar Oruc qeyd edib ki, istirahət üçün villaları kirayələmək daha sərfəlidir:

“İndiki dövrdə nəinki belə villaların, hətta daimi yaşayış üçün nəzərdə tutulan mənzillərin də kirayə verilməsi daha məqsədəuyğundur. Çünki insan ömrü qısa bir müddətdir və həmin müddətdə milyonları daşınmaz əmlaka sərf etmək o qədər də düzgün deyil. Söhbət 3 ay yaşamaq üçün böyük məbləğlərin sərf olunmasından gedir. Bu baxımdan, istirahət üçün belə villaların kirayə götürülməsi daha sərfəlidir. Daşınmaz əmlak saytlarında fikir versək, görərik ki, bu tip elanlar aylarla qalır. Belə elanlara müraciət edənlərin sayı da demək olar ki, çox az olur. Hazırda ölkə vətəndaşları üçün kiçik sahəli mənzillər və həyət evləri alıcılıq üçün daha aktualdır. Gəlirlilik baxımından, onların üstünlüyü daha çoxdur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Fevral 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri