“Bu epizodda birmənalı şəkildə qol sayılmamalıydı” Maludanın qolunu şübhə altına aldı
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Misli premyer-liqasının 17-ci turunun “Sabah” - “Karvan-Yevlax” matçında vurulan ilk qol ciddi müzakirə doğurdu.
Aaron Maludanın hesabı açdığı epizodun əvvəlində top Umarali Raxmonaliyevin əlinə dəyir, hücumun sonunda “bayquşlar” qol vurur. Bir neçə dəqiqə VAR baş hakimi gözlədir, sonda da referini monitora dəvət etmədən qol qərarı verir.
Müasir futbolda hər ələ dəyən top qayda pozuntusu sayılmır. Burda əlin təbii və ya qeyri-təbii vəziyyətdə olması, topun trayektoriyası nəzərə alınır.
Bəs bu epizodda qol qaydalar çərçivəsində vuruldu, ya yox? Keçmiş hakim Ağahüseyn Əzizovun “Football-plus.az”a açıqlaması:
“Bu epizodda birmənalı şəkildə qol sayılmamalıydı. Çünki topa əllə təmas var. Burda təmasın bilərəkdən və ya bilməyərəkdən olması rol oynamır. Ona görə ki, hücum edən bundan üstünlük qazanır. Lakin analoji hal müdafiədə olan oyunçuyla bağlı olsaydı, onda oyun davam etdirilməliydi. Çox qəribə və təəccüblüdü ki, hətta VAR-a baxılandan sonra da qol ləğv olunmayıb”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 28 Yanvar 2026 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















