“Barselona”dan Maludanın komandasına darmadağın
Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Barselona” yoldaşlıq matçında İsveçrənin “Bazel” klubunu darmadağın edib – 5:2.
Futbolpress.az xəbər verir ki, qarşılaşmanın ilk yarısında komandalar hərəyə bir dəfə fərqləniblər. Kataloniya təmsilçisində Karim Adeyemi, İsveçrə klubunda isə Jan Dukure adını tabloya yazdırıb.
İkinci hissədə “Barselona” üstünlüyü tamamilə ələ alıb. İspaniya klubunun heyətində Həmzə Əbdülkərim, Lamin Yamal və dubl müəllifi olan Cessi Bisivu fərqləniblər. “Bazel”in ikinci qolunu isə penaltini dəqiq yerinə yetirən Kazim Olayqbe vurub.
Qeyd edək ki, “Sabah”ın keçmiş vingeri Aaron Maluda “Bazel”in start heyətində meydana çıxıb.
“Barselona” avqustun 19-da növbəti sınaq matçında “Əl-Əhli” ilə üz-üzə gələcək. “Bazel” isə avqustun 22-də İsveçrə Superliqası çərçivəsində “Sürix”i qəbul edəcək.
Baxış sayı:54
Bu xəbər 16 Avqust 2026 23:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















