Bu ərazi işıqsız qalacaq
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Binə qəsəbəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Milli.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Binə qəsəbəsində elektrik naqillərinin yenilənməsi işləri ilə bağlı 5, 6, 7, 10 və 11 mart tarixlərində elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək Binə Atçılıq yaşayış massivinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Milli.Az
