Bu ərazidə qaz olmayacaq
Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.
Bu gün Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq.
Teleqraf.com bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, saat 13:00-dan işlər başa çatana qədər Ceyranbatan qəsəbəsində yeni çəkilmiş orta təzyiqli qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi ilə bağlı “Ceyranbatan” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir-quraşdırma işləri aparılan zaman qəsəbədə qaz kəsiləcək.

Bu ərazidə qaz olmayacaq
14 Noyabr 2024 13:02

