Bu ərazidə səkilər sürücülərin parkinq yerinə çevrilib Piyadalar təhlükədədir VİDEO
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində dayanma-durma qaydalarını pozan sürücülər görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Hadisə bir neçə gün öncə axşam saatlarında Yəhya Hüseynov küçəsində qeydə alınıb. Videodan göründüyü kimi, 90-RS-080 dövlət nömrə nişanlı “Hyundai” markalı və 77-RV-505 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillərin sürücüləri nəqliyyat vasitələrini səkidə park ediblər. Nəticədə onlar piyadaların səkiylə hərəkətini məhdudlaşdırıblar. İzləyicinin sözlərinə görə, ərazidən keçən piyadalar məcbur qalaraq avtomobillərin intensiv hərəkətdə olduğu yolla gediblər. O, bildirib ki, ərazidə hər gün eyni mənzərə qeydə alınır.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 08 Oktyabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















