Bu küçədəki səkilər parklanma zonasına çevrilib; piyadalar TƏHLÜKƏDƏDİR VİDEO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtın Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində sürücülər dayanma-durma qaydalarını pozurlar.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına foto və videomaterial göndərib. Onun sözlərinə görə, sözügedən küçədə yerləşən “Bravo” supermarketinin yaxınlığı mütəmadi olaraq sürücülərin parkinq zonasına çevrilib. Kadrdan da göründüyü kimi, 90-HS-983 dövlət nömrə nişanlı “Hyundai” markalı, c dövlət nömrə nişanlı “BMW” markalı, 77-QK-909 dövlət nömrə nişanlı “KIA” markalı, 77-CJ-872 dövlət nömrə nişanlı “Ford Fusion” markalı, 10-LA-540 dövlət nömrə nişanlı “Honda” markalı, 90-RA-778 dövlət nömrə nişanlı “KIA” markalı, 77-HJ-417 dövlət nömrə nişanlı “Renault Megane” markalı, 99-UJ-922 dövlət nömrə nişanlı “Toyota” markalı, 99-LD-458 dövlət nömrə nişanlı “Toyota” markalı və digər avtomobillərin sürücüləri səkini zəbt ediblər. Şikayətçi bildirib ki, belə xoşagəlməz mənzərə piyadaların yolunu kəsir. Onlar yolun hərəkət hissəsi ilə getməyə məcbur olurlar. Eyni zamanda qayda pozan sürücülər övladı ilə ərazidən keçən, fiziki əngəlli şəxslər üçün ikiqat təhlükə və çətinlik yaradır.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 13 May 2025 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















