Bu ərazidə tikinti bitənədək piyadalar necə hərəkət etməlidir? TƏKLİF
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Həsən Əliyev küçəsinin “Koroğlu” metro stansiyası ilə əlaqələndirilməsi layihəsi çərçivəsində ərazidə uzun müddətdir tikinti və kommunikasiya xətlərinin köçürülməsi işləri aparılır.
Avtosfer.az xəbər verir ki, son günlər yayılan görüntülərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 2 saylı tədris binası istiqamətində tələbələrin ensiz və narahat yoldan çətinliklə hərəkət etdiyi görünür. Ərazidə Bakı Avrasiya Universiteti də yerləşir.
Məsələ ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, tikinti layihələrinin müxtəlif səbəblərdən uzanması mümkündür. Lakin bu müddət ərzində insanların gündəlik hərəkətinin və nəqliyyat əlaqələrinin fasiləsizliyi də nəzərə alınmalıdır.
Tikinti dövründə mobilliyin və logistikanın təşkili layihənin ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir. Burada söhbət yalnız avtomobillərin hərəkəti üçün keçidin saxlanılmasından getmir. Piyadalar üçün təhlükəsiz və fasiləsiz marşrutlar, ərazidə yaşayanlar üçün giriş-çıxış imkanları, ictimai nəqliyyatın hərəkəti, tikinti texnikası və materiallarının daşınmasının düzgün təşkili təmin edilməlidir.
Rauf Ağamirzəyev qeyd edib ki, zərurət yarandıqda müvəqqəti yol və piyada hərəkəti sxemləri hazırlanmalı, onların aydın nişanlandırılması təmin olunmalıdır. Xüsusilə universitetlərin yerləşdiyi ərazilərdə piyada təhlükəsizliyi və əlçatanlıq əsas prioritetlərdən biri olmalıdır.
“Tikinti illərlə davam edə bilər, amma mobillik dayanmamalıdır. Tikintinin yaratdığı təsirlər əvvəlcədən qiymətləndirilməli və minimuma endirilməlidir. Layihə uzana bilər, amma insanın gündəlik hərəkəti gözləməməlidir”, – deyə ekspert vurğulayıb.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 18 Sentyabr 2026 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















