Bu ərazidə piyadalar yolu necə gəldi keçib xaos yaradır VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yol nəqliyyat hadisələrinin 50 faizə qədəri piyadaların vurulmasıyla nəticələnən qəzaların payına düşür. Buna səbəb sürücülərin qayda pozması və diqqətsizliyi olsa da, özünü təhlükəyə atan piyadalar da kifayət qədərdir. Keçiddən keçməyən və maşınlara fikir vermədən hərəkət edən bəzi piyadalar, təəssüf ki, özləriylə yanaşı sürücülərin də həyatını riskə atırlar.
Paytaxtın Binəqədi rayonu “Mərkəzi” küçəsində piyadalar kütləvi şəkildə qayda pozurlar.
Avtosfer.az-ın məlumatına görə, bununla bağlı görüntü sosial şəbəkədə geniş yayılıb. “Sentralni” kimi tanınan ərazidə piyadalar hərəkətdə olan nəqliyyat vasitələrinə əhəmiyyət vermədən yolu keçirlər. Videodan da göründüyü kimi, onların bir qismi yolu qaçaraq keçir, bəziləri, hətta yola baxmadan hərəkət edir. Digər tərəfdən səkini qoyub yolun hərəkət hissəsiylə gedənlər də təhlükə yaradırlar.
Qeyd edək ki, sözügedən ərazidə piyadalar davamlı yolu müəyyən olunmamış yerdən keçirlər.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 25 Noyabr 2024 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















