Bu ərazidəki piyada keçidi sürücülər tərəfindən davamlı zəbt olunur FOTO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Paytaxtın Səbail rayonu Badamdar şosesində dayanma-durma qayda pozan sürücülər görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-a müraciət edərək fotoşəkillər göndərib. Belə ki, 77-AF-234 dövlət nömrə nişanlı “Changan” markalı və “Toyota” markalı avtomobillərin sürücüləri piyada keçidinin üstündə, yaxınlığında maşınlarını park ediblər. Nəticədə ərazidən keçən piyadalar keçiddən istifadə edə bilməyiblər. Şikayətçinin iddiasına görə, demək olar ki, keçid hər gün sürücülərin şəxsi parkinqinə çevrilib. O, xüsusilə məktəblilərin həmin keçiddən istifadə etdiyini vurğulayaraq xoşagəlməz mənzərənin onların həyatı üçün təhlükə yaratdığını qeyd edib.
Xatırladaq ki, qanunvericiliyə əsasən, piyadalar üçün nəzərdə tutulmuş keçidlərinin üzərində və ona 5 metr məsafədə dayanmaq qadağandır. Bu xətanı törədən sürücülər İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən 60 manat məbləğində cərimələnə bilərlər.
Nərmin
Baxış sayı:121
Bu xəbər 10 Dekabr 2024 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















