Icma.az
close
up
RU
Bu ərazidəki ağaclar köçürüləcək

Bu ərazidəki ağaclar köçürüləcək

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Dövlət Ekoloji Ekspertiza Agentliyində növbəti ictimai dinləmə keçirilib.

"Unikal" xəbər verir ki, dövlət qurumları əməkdaşlarının, ekoloqlar, QHT və KİV nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbirdə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn məsələlərə uyğun olaraq tikilən Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun Fatmayı kəndi, Ceyranbatan qəsəbəsi və Xırdalan şəhərləri ərazisindən keçən hissəsinin inşası, Ələt-Astara avtomobil yolunun Ələt hava limanına dönən hissəsində yeni yol qovşağının tikintisi və Ələt Azad İqtisadi Zonası ərazisində Pirsaatçay çayının məcrasının tənzimlənməsi layihələrinin ekoloji qiymətləndirilməsi həyata keçirilib.

Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib ki, bu gün ictimai dinləmədə Bakı şəhəri və ətraf ərazilərdə, həmçinin Ələt Azad İqtisadi Zonasında nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlər planından irəli gələn layihələrin reallaşdırılması həyati əhəmiyyət kəsb edir:

“Bakı şəhəri və Abşeron yarımadasında tıxacların qarşısının alınması insanların rahat hərəkət etməsi üçün nəzərdə tutulan tədbirlərdən ən vacibi yol infrastrukturunun bütün normalara cavab verməsi, mövcud yolların genişləndirilməsi, yeni yolların salınması, eyni zamanda, alternativ üsulların tətbiqidir. Amma əsas məqsədimiz ondan ibarətdir ki, bu layihələrin icrası zamanı ətraf mühit normalarına maksimum diqqət yetirilsin. Ətraf mühitə dəyən ziyanın aradan qaldırılması və ya ziyanın minimum həddə çatdırılması üçün alternativ variantlar seçilsin. Həmçinin yolun çəkilişi zamanı mövcud olan torpaq qatının, ağacların və digər ətraf mühit komponentlərinin kompensasiyası layihədə öz əksini tapsın. Əgər bu gün 5-10 ağac layihə altına düşürsə, onlar yeri mərkəzi aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilmiş əraziyə əkilsin. Həmin ağaclara aqrotexniki xidmət göstərilsin, onların tələf olmasının qarşısı alınsın”, - deyə M.Qənbərov bildirib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin aparıcı mühəndisi Mehman Həsənov deyib ki, Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun Fatmayı kəndi, Ceyranbatan qəsəbəsi və Xırdalan şəhərləri ərazisindən keçən hissəsinin inşası layihəsinin əsas məqsədi Bilgəh, Nardaran istiqamətindən Pirşağı, Kürdəxanı, Fatmayı, Mehdiabad, Novxanı, Saray qəsəbələrini əhatə etməklə mövcud sıxlığı aradan qaldırmaq, yol infrastrukturunu təkmilləşdirmək və hərəkət təhlükəsizliyini artırmaqdır. Layihənin icrası zamanı ətraf mühitin qorunması üzrə bütün komponentlərə töhfəmiz olacaq.

Dinləmədə, həmçinin Ələt Azad İqtisadi Zonası ərazisində Pirsaatçay çayının məcrasının tənzimlənməsi məsələsi də müzakirə edilib. ADSEA-nın Su və Meliorasiya Komplekslərinin Layihələndirilməsi İnstitutunun sədr müavini Məmməd Əsədov məlumat verib ki, ərazidə tikilən karqo hava limanının tikintisi ilə əlaqədar çayın məcarasının sözügedən zonadan kənarlaşdırılması nəzərdə tutulur:

"Çayın məcrası 14 km uzunluqda dəyişdiriləcək. Çay bolsulu olmasa da, yayda qurusa da, iqlim dəyişikliyi ilə bağlı ərazidə hər hansı sel-daşqın hadisələrinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər nəzərdə tutulub".

Tədbirdə Ələt-Astara avtomobil yolunun Ələt hava limanına dönən hissəsində yeni yol qovşağının tikintisinin xüsusi əhəmiyyətindən söz açılıb. Bildirilib ki, bu qovşaq Şimal–Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan Ələt–Astara marşrutu üzrə də xüsusi iqtisadi əhəmiyyət kəsb edir.

Yeni qovşağın tikintisi turizmi, kənd təsərrüfatını və ümumilikdə ticarəti canlandıracaq, çünki liman və sərhəd bölgələrinə çıxışı daha əlçatan edəcək Belə ki, bu qovşaq nəinki yol hərəkətini daha təhlükəsiz və effektiv edəcək, eyni zamanda Ələt–Astara yoluna qoşulan logistika dəhlizlərinin funksionallığını artıracaq, iqtisadi təsirləri gücləndirəcək, bütün istiqamətlərə çıxış imkanlarını daha əlçatan edəcək. Layihənin ətraf mühitə təsirləri qiymətləndiriləcək, o cümlədən layihə altına düşən yaşıllıqların bir hissəsi köçürüləcək, köçürülməsi mümkün olmayanların isə bərpa dəyəri ödəniləcək.

Müzakirələr eskpertlərin təklifləri və jurnalistlərin sualları ilə davam etdirilib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://unikal.az
archiveBu xəbər 13 Avqust 2025 22:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see286

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see266

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see260

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see244

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see242

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see212

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see204

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see202

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see197

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see187

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see184

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see183

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see181

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see179

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see177

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see176

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see173

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see165

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see159

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri