Icma.az
close
up
RU
Bu ərazilərdəki evlər köçürüləcək KONKRET

Bu ərazilərdəki evlər köçürüləcək KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda bəzi magistral su kanallarının yaxınlığında yaşayanlar köçürüləcək. Bunu Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə bildirib.

“Su, yağış və tullantı sistemlərinin mühafizə zonaları üzrə inventarlaşdırmanın aparılması, həmçinin müvafiq qurumlarla bərabər normativ-hüquqi aktların tələblərinə uyğun olaraq mühafizə zonalarının fəaliyyətinə dair tədbirlərin görülməsi zəruridir. Nazirlər Kabinetinə siyahı təqdim edilməklə bir çox yerlərdə məcburi köçürmələr olacaq. Çünki dediyimiz kimi, bəzi magistral kanallara əlçatanlığımız olmadığı üçün bəzi yerlərdə bu köçürmələrə də ehtiyac olacaq”, – o deyib.

Bəs həmin köçürmələr konkret olaraq hansı əraziləri əhatə edəcək?

KONKRET.az-ın xəbərinə görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən “yeni sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda bununla bağlı konkret ərazilərin adları yoxdur.

“Siyahı hazırlandıqda, ictimaiyyətə təqdim olunacaq”, – qurumdan qeyd edilib.

Ekoloq Sadiq Həsənov isə “Yeni Sabah”a açıqlamasında deyib ki, bu proses Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli, 56 saylı qərarı əsasında təmzimlənir. Həmin sənədlə su ehtiyatlarının mühafizə zonaları müəyyənləşib:

“Bu qərar çaylar, göllər, su anbarları, su boru kəmərləri daxil olmaqla bütün su ehtiyatlarının yerləşdiyi əraziləri əhatə edir. Qərara görə, məsələn, magistral boru kəmərlərinin mühafizə zonası 25 metr müəyyənləşib. Göllərdə mühafizə zonası isə onların ölçüsündən asılı olaraq dəyişir. Sahəsi 2-5 kvadrat kilometr olan göllərdə mühafizə zolağı 100 metr təşkil edir, ərazi böyüdükcə bu məsafə 200, 400, hətta 500 metrə qədər artır. 10 kvadrat kilometrdən böyük göllər isə daha geniş mühafizə zonası olan ərazilər kimi müəyyən olunub. Çaylarda da mühafizə zonalarının eni çayın uzunluğundan asılıdır. Uzunluğu 10-20 kilometr olan çaylarda bu məsafə 50 metr, 20-50 kilometr arası çaylarda 100 metr, ümumilikdə 500 kilometrdən uzun çaylarda isə 500 metr mühafizə zonası nəzərdə tutulur”.

Ekspert onu da əlavə edib ki, Nazirlər Kabinetinin adıçəkilən sənədi zamanla təkmilləşdirilib və hazırda icrada olan, təsdiq edilmiş qanunvericilik bazasını təşkil edir:

“Su Ehtiyatları Agentliyinin rəhbəri də çıxışında məhz bu qərarlara istinad edib. Su mühafizə zonalarının əsas məqsədi su ehtiyatlarının – xüsusən göllərin, çayların, su anbarlarının və su boru kəmərlərinin çirkləndirilməsinin qarşısını almaqdır. Bu zonalar vasitəsilə tullantı mənbələrinin formalaşmasına mane olunur, su obyektlərinin təmizliyi və eyni zamanda texniki baxımdan təhlükəsizliyi təmin edilir. Lakin Su Ehtiyatları Agentliyinin rəhbəri bu mexanizmlərin praktiki olaraq necə icra ediləcəyini demədi”.

Ekoloq vurğulayıb ki, uzun illər bu sahədə boşluqlar olub, nəticədə suların mühafizə zonalarında çoxsaylı yaşayış evləri tikilib:

“Abşeron rayonunda yağış sularının Abşeron gölünə axdığı ərazilərdə, həmçinin Kür çayı hövzəsində, Araz çayı hövzəsində və su anbarlarının ətrafında çox yaxın məsafələrdə evlər tikilib. Hazırda bu evlərdə insanlar yaşayır və artıq məskunlaşıblar. Agentlik rəhbərliyinin çıxışında onların köçürülməsi mexanizmi ilə bağlı konkret fikir ifadə olunmayıb. Qanunvericilik tətbiq ediləcəyi halda isə mütləq şəkildə həmin insanlara kompensasiya ödənməli, köçürülmə prosesi təmin edilməli və onlara uyğun vaxt verilməlidir ki, başqa ərazilərə köçə bilsinlər. Evlərin tikilməsi prosesində vaxtilə mövcud boşluqlardan həm dövlət qurumlarında, həm də qeyri-dövlət sahəsində çalışan bəzi şəxslər sui-istifadə edib, insanlardan pul alınmaqla bu tikililərə şərait yaradıblar. Vətəndaşlar xərc çəkib, ev tikib, yaşayış qurduqlarına görə köçürülmə zamanı onlara müvafiq kompensasiya verilməlidir”.

Sadiq Həsənov bununla yanaşı, qeyd edib ki, suların mühafizə zonaları mütləq şəkildə təmizlənməlidir. Yalnız belə olan halda ölkənin su ehtiyatlarının – su boru kəmərlərinin, göllərin, çayların və su anbarlarının qorunması təmin edilər.

“Çünki bu ehtiyatların çirklənməsi və düzgün istismar edilməməsi son nəticədə bütün cəmiyyət üçün fəsadlar yaradır və həmin zərər dolayısı ilə yenə insanların özünə qayıdır”, – ekoloq söyləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Yanvar 2026 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri