Icma.az
close
up
RU
Bu ərazilərdən əmlak almaq qazandıracaq Ev, torpaq, mənzil...

Bu ərazilərdən əmlak almaq qazandıracaq Ev, torpaq, mənzil...

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paytaxt ərazisində həyata keçirilən söküntülər, Baş planda nəzərdə tutulan yeniliklər və dinamik qiymət artımı daşınmaz əmlak bazarında intensiv dəyişikliklərə səbəb olur. Hazırda Bakının bəzi ərazilərində alıcı tələbatı pik həddə çatıb. Bir çox ərazilərin də yaxın gələcəkdə daşınmaz əmlak bazarında ciddi perspektivə çevriləcəyi gözlənilir.

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, yaxın gələcəkdə paytaxt ərazisində və şəhərətrafı yerlərdə infrastruktur şəraitinin yüksəlməsi qiymətləri daha da artıracaq:

"Qiymətlərin artmasında müəyyən psixoloji baryer olur. Bu ondan ibarətdir ki, hər bir ərazidə yerləşən daşınmaz əmlak müvafiq qaydada müəyyən qiymətədək yüksələ bilir. Ondan sonra isə dövri olaraq artım dinamikası görülsə də, o qədər də yüksək olmur. Məsələn, Bakının mərkəzində, məlum olduğu kimi, daşınmaz əmlakın qiyməti xeyli yüksək idi. Amma şəhərdənkənar və mərkəzə o qədər də yaxın olmayan ərazilərdəki artım tempi mərkəzdən daha yüksək olub. Hətta "Xətai”, "Həzi Aslanov”, "Əhmədli” kimi metrostansiyaların ətrafındakı daşınmaz əmlakın qiyməti o qədər yüksəlib ki, mərkəzdəkilərə gəlib çatıb.

Bu psixoloji baryerin ortada olması faktıdır. Yəni Bakının Baş planı həyata keçirildikdən sonra qiymətlər təbii ki, yüksəlməyə davam edəcək. Çünki harada infrastruktur yenilənirsə və inkişaf edirsə, həmin ərazilərdə daşınmaz əmlakın qiyməti yüksəlir”. 

Vüqar Oruc qeyd edib ki, şəhərətrafı ərazilər yaxın gələcəkdə qiymət baxımından daha perspektivli olacaq:

"Digər tərəfdən, manatın alıcılıq qabiliyyətində baş verən dəyişikliklər, illik infliyasiya kimi faktorlar da daşınmaz əmlak qiymətlərində artıma səbəb olur. Eyni zamanda, söküntülər daşınmaz əmlak bazarında tələbatın artmasına gətirib çıxaracaq. Çünki binalar sökülən zaman həmin sakinlər təbii ki, əmlak bazarına üz tuturlar. Bu da qiymətlərin artımı ilə nəticələnir. Ona görə də, yeni Baş plan həyata keçirildikdən sonra bahalaşma mütləqdir.

Ərazi baxımından düşünürəm ki, şəhərin mərkəzində bu artımı o qədər də hiss etməyəcəyik. Bu artım mərkəzəyaxın və ətraf ərazilərdə baş verəcək. Hazırda faktla qarşı-qarşıyayıq. Çünki ipoteka krediti ilə bağlı müraciət edən vətəndaşlar əksər hallarda paytaxtdan kənar ərazilərə üz tuturlar. Bu da onu göstərir ki, zaman keçdikcə qiymət artımı daha çox şəhərin kənarında baş verəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Noyabr 2024 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see461

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see199

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see198

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see188

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see178

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see178

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see144

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri