Icma.az
close
up
RU
Bu ərazilərdən əmlak almaq QAZANDIRACAQ Ev, torpaq, mənzil...

Bu ərazilərdən əmlak almaq QAZANDIRACAQ Ev, torpaq, mənzil...

Sonxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu ərazilərdən əmlak almaq QAZANDIRACAQ – Ev, torpaq, mənzil...

Paytaxt ərazisində həyata keçirilən söküntülər, Baş planda nəzərdə tutulan yeniliklər və dinamik qiymət artımı daşınmaz əmlak bazarında intensiv dəyişikliklərə səbəb olur. Hazırda Bakının bəzi ərazilərində alıcı tələbatı pik həddə çatıb. Bir çox ərazilərin də yaxın gələcəkdə daşınmaz əmlak bazarında ciddi perspektivə çevriləcəyi gözlənilir.

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, yaxın gələcəkdə paytaxt ərazisində və şəhərətrafı yerlərdə infrastruktur şəraitinin yüksəlməsi qiymətləri daha da artıracaq:

"Qiymətlərin artmasında müəyyən psixoloji baryer olur. Bu ondan ibarətdir ki, hər bir ərazidə yerləşən daşınmaz əmlak müvafiq qaydada müəyyən qiymətədək yüksələ bilir. Ondan sonra isə dövri olaraq artım dinamikası görülsə də, o qədər də yüksək olmur. Məsələn, Bakının mərkəzində, məlum olduğu kimi, daşınmaz əmlakın qiyməti xeyli yüksək idi. Amma şəhərdənkənar və mərkəzə o qədər də yaxın olmayan ərazilərdəki artım tempi mərkəzdən daha yüksək olub. Hətta "Xətai", "Həzi Aslanov", "Əhmədli" kimi metrostansiyaların ətrafındakı daşınmaz əmlakın qiyməti o qədər yüksəlib ki, mərkəzdəkilərə gəlib çatıb.

Bu psixoloji baryerin ortada olması faktıdır. Yəni Bakının Baş planı həyata keçirildikdən sonra qiymətlər təbii ki, yüksəlməyə davam edəcək. Çünki harada infrastruktur yenilənirsə və inkişaf edirsə, həmin ərazilərdə daşınmaz əmlakın qiyməti yüksəlir".

Vüqar Oruc qeyd edib ki, şəhərətrafı ərazilər yaxın gələcəkdə qiymət baxımından daha perspektivli olacaq:

"Digər tərəfdən, manatın alıcılıq qabiliyyətində baş verən dəyişikliklər, illik infliyasiya kimi faktorlar da daşınmaz əmlak qiymətlərində artıma səbəb olur. Eyni zamanda, söküntülər daşınmaz əmlak bazarında tələbatın artmasına gətirib çıxaracaq. Çünki binalar sökülən zaman həmin sakinlər təbii ki, əmlak bazarına üz tuturlar. Bu da qiymətlərin artımı ilə nəticələnir. Ona görə də, yeni Baş plan həyata keçirildikdən sonra bahalaşma mütləqdir.

Ərazi baxımından düşünürəm ki, şəhərin mərkəzində bu artımı o qədər də hiss etməyəcəyik. Bu artım mərkəzəyaxın və ətraf ərazilərdə baş verəcək. Hazırda faktla qarşı-qarşıyayıq. Çünki ipoteka krediti ilə bağlı müraciət edən vətəndaşlar əksər hallarda paytaxtdan kənar ərazilərə üz tuturlar. Bu da onu göstərir ki, zaman keçdikcə qiymət artımı daha çox şəhərin kənarında baş verəcək".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 30 Noyabr 2024 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see283

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see232

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see184

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see182

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see180

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see150

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see144

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see138

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see136

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see132

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see131

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see130

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see128

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see126

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see122

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see121

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see119

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see118

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see116

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri