Bu ərazilərə köçənlərə 19 min veriləcək, amma heç kim getmir
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə ilə sərhəddə Qərbi Trakiyanın Evros bölgəsində yerləşən Kumçiftliği (Orestiada), Sofulu (Sufli) və Dimetoka (Didimotiho) ərazilərinə köçən vətəndaşlara 10 min avro (təx.19 min manat) pul veriləcək.
Ölkə.Az xarici KİV-ə itinadla xəbər verir ki, bu vədlə Yunanıstan hökuməti çıxış etsə də, istəyinə nail ola bilməyib.
Planın əsas məqsədi sərhədyanı ərazilərdə azalan əhalini tarazlaşdırmaq və strateji bölgələrdə Yunanıstanın demoqrafik strukturunu qorumaqdır. Lakin hökumətin bu addımı gözlənilən nəticəni verməyib.
Yerli idarəçilər vurğulayır ki, miqrasiya təkcə pul stimulları ilə mümkün deyil, məşğulluq və investisiya ilə dəstəklənməlidir.
Orestiada bələdiyyəsinin başçısı Diamantis Papadopulos deyib ki, proqram ilk elan edildiyi zaman məhdud maraq görsə də, bu, get-gedə azalıb. Onun sözlərinə görə, müraciət edənlərin əksəriyyəti bölgə ilə keçmiş əlaqələri olan ailələrdir.
"Bu, sehrli bir həll deyil, inkişaf siyasətləri ilə dəstəklənməlidir" – o söyləyib.
Billurə Yunus
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 12 May 2025 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















